Azərbaycan İdeyası

QAÇIRDIĞI, SONRA ATDIĞI QIZIN UŞAĞINA ATALIQ ETMƏKDƏN BOYUN QAÇIRIR - MƏHKƏMƏ TİBBİ EKSPERTİZA TƏYİN EDİB

Tarix:18-10-2019, 11:08
Baxış Sayı:932

Bəzən ailə qarşılıqlı istək əsasında qurulsa da, dağılır. Ailə quran gənclərin həyat təcrübəsinin az olması, ata-anadan iqtisadi asılılığı valideynlərin onların ailə-məişət məsələlərinə müdaxilə etmələrinə zəmin yaradır və...
Saatlı şəhərində qediyyatda olan və yaşayan 1992-ci il təvəllüdlü Əliyeva Türkan Qabil qızı redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 26.04.2017-ci il tarixdə Sadıqov Murad Rafiq oğlu ilə vətəndaş nikahı ilə ailə qurmuşdur. 16.04.2018-ci il tarixdə onların Emil adlı övladları dünyaya gəlmişdir. Birlikdə yaşadıqları müddətdə dəfələrlə Murada rəsmi nikah bağlamağı təklif etsə də, o, imtina etmişdir.
Ərizədən oxuyuruq: Anası onu öyrədirdi, məni tez-tez döyürdü. Bir dəfə də hamilə vaxtımda məni təpiklə döydü, belimə, qarnıma vurdu, hətta uşağın tələf olması üçün xəbərim olmadan mənə dərman da içirtmişdi. Elə həmin gündən məni atıb getdi. Anam Afət oğlanın anasına zəng edərək bildirdi ki, bunlar bir-birini istəyib evləniblər., qızım hamilədir, axın günlərdə övladları da olacaq, ailənin dağılmağına şərait yaratmayın. Oğlanın anası dedi ki, mənə dəxli yoxdur, mən onu istəmirəm, oğluma başqa qız alacam. Mən bundan sonra onların çirkin niyyətlərini bildim. Özümə maşın almaq istədim - onu mənimsədilər. Murad sürücülük vəsiqəsini də, maşını da mənim şəxsi vəsaitim hesabına aldı. Mən həmin maşını dərzi işləyərək, öz maaşımla almışam. Düşünürdüm ki, ailəmdir də. Bu adam sürücülük vəsiqəsini də mənə aldırdı. Maşının krediti bitdikdən sonra evdə münaqişə yaratdılar. Mənə təzyiqlər edirdilər. Və axırda məni küçədə döyüb evdən qovdu. Mən əlacsız qalıb Şəki rayon məhkəməsinə müraciət etdim, oğlum Emilə Sadiqov Murad Rafiq oğlunun atalığının təsdiq olunmağını tələb etdim. Müraciətimə hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə baxıldı. Sadıqov Murad Rafiq oğlu məhkəməə gəlmədi. Onun nümayəndəsi vəkil Sarıyev Musa Kahov oğlu iddianı qəbul etmədiyini, lakin iş üzrə tibbi-genetik ekspertizanın təin olunmasına etirazının olmadığını bildirdi. Bu zaman hakim Pərviz Hacıyev üzünü bizə tərəf tutaraq: "Tibbi-genetik ekspertizadan keçmək üçün 2500 manat pul verə biləcəksinizmi" - deyə soruşdu. Buna cavab olaraq anam bildirdi ki, mən dilənsəm də, o pulu verəcəm, Siz qərarınızı verin".
Vətəndaş Türkan Əliyeva redaksiyadan problemi ictimailəşdirməyi xahiş etmişdir. Öyrəndik ki, Türkan Murada qoşulub qaçmışdır. Ailəni öz istəkləri ilə qursalar da, qoruyub saxlaya bilməmişlər. Şəki rayon məhkəməsi 27.09.2019-cu il tarixli Qərardadı ilə Türkan Əliyevanın "atalığın müəyyən olunması və aliment" tələbinə dair iddia ərizəsinə baxaraq ekspertiza təin olunmasını qərara almışdır. Qərardadda ekspertizanın xərci barədə heç nə göstərilməyib. Amma analoji məhkəmə təcrübələrindən məlumdur ki, məhkəmə-tibbi ekspertizanın keçirilməsində istifadə edilən reaktivlərin alınması üçün həqiqətən də 2.500 manat lazım ola bilər. Həmin xərc məhkəmə xərclərinin tərkibinə aiddir. Atalığın müəyyən edilməsi barədə tələb təmin edildiyinə görə, uşağın atasının məhz cavabdeh olduğu təsdiqlənərsə, həmin xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə uyğundur.


Korrupsiya-q.az


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.