Azərbaycan İdeyası

MTRŞ bu reklamı televiziyalara QADAĞAN etdi

Tarix:15-10-2019, 12:15
Baxış Sayı:123



Milli Televiziya və Radio Şurası (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.
Korrupsiya-q.az report-a istinadən xəbər verir ki, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev məlumatı təsdiqləyib.
O bildirib ki, eyni məzmunlu məktub “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-yə, “İctimai Televiziya ve Radio Yayımları Şirkəti”nə, “Xəzər TV” MMC-yə, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Şirkəti”nə, ARB Televiziyasına, “Dünya” Televiziyasına və “Qafqaz” Televiziyasına ünvanlanıb.
Məktubda qeyd olunub ki, son zamanlarda bəzi teleradio yayımçıları tərəfindən süni mayalanma üzrə tibbi xidmətin reklamının yayımlanması hallarına rast gəlinib:
“Nəzərinizə çatdırırıq ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
Eyni zamanda bildiririk ki, İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd olunanlara əsasən, sözügedən məsələni nəzərə almağınız və gələcək fəaliyyətinizdə də daim diqqət mərkəzində saxlamağınız üçün tövsiyə olunur”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub