Azərbaycan İdeyası

İMİŞLİ POLİSİ AQRONOMU DÖYƏN MEXANİKİN "İŞİNİ BAĞLAYIB"?

Tarix:4-02-2020, 11:20
Baxış Sayı:1 985

Qanunvericiliyə görə, əvvəllər xuliqanlıq kimi qiymətləndirilən adam döyməyə indi inzibati xəta kimi hüquqi qiymət verilir. Əgər eyni əməl eyni şəxs tərəfindən ikinci dəfə törədilərsə, artıq cinayət məsuliyyəti yaradır. Bəs bir şəxs digərini bir gündə iki dəfə təhqir edərək döymüşsə necə?
İmişli rayonunun Cahar kənd sakini Mahmudov Mansur Ayaz oğlu redaksiyamıza ərizə ilə müraciət edərək iş yerində döyüldüyünü, lakin hüquq-mühafizə orqanları tərəfindən gərəkən tədbirlərin görülmədiyini bildirmişdir:
"Mən “MKT Kommersiya İstehsalat” MMC - nin İmişli filialında aqronom vəzifəsində işləyirəm. 08. 10. 2019-cu il tarixdə saat 19:20 radələrində Pambıq Zavodunun həyətində zavodda mexanik işləyən Əlikrama telefonla zəng edərək bildirdim ki, texnikaları saz vəziyyətdə saxlasın, səhər bizimlə müqavilə bağlayan sahibkarın sahələrinə gedərək pambıq yığacağam. Aradan bir müddət kecdikdən sonra Əlikram mənim yanıma gəldi və: "sən kimsən, mənə göstəriş verirsən?"- deyə işçilərin yanında mənə hücum cəkdi, vuraraq xəsarət yetirdi. Bundan sonra mən idarə rəhbərinin yanına çıxdım, orda Əlikramı da çagırdılar. İçəri girən kimi o, rəhbərliyi dinləmədən məni təhqir etməyə başladı və yenidən məni vurdu. Bizi ayırdılar. Mən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim və sonra İmişli RPŞ - nə gedib şikayət etdim. İzahatımı aldıqdan sonra məni ekspertə göndərdilər. Mən tibbi ekspertizadan keçdim". Zərərçəkən bildirir ki, hadisə günü zəng etdiyim vaxtdan savayı ondan heç bir izahat alınmayıb, polis heç onu döyən şəxsi də dindirməyib. Odur ki, məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
Şikayətdən görünür ki, İmişli polisi nədənsə hərəkətsizlik edir. Səbəbini yaxın vaxtlarda öyrənə biləcəyimizə ümid edirik.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır