Azərbaycan İdeyası

Artıq həm keflənmək, həm də "qanadlanmaq" mümkün olmayacaq - DETALLAR

Tarix:29-10-2019, 10:10
Baxış Sayı:121


Azərbaycanda 2020-ci ilin yanvarın 1-dən etibarən "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"nın icrasına başlanılacaq. Yeni qaydalara əsasən, ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri bu tarixdən sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini təşkil etməlidirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, enerji içkiləri ilə bağlı sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb: "Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Enerji içkilərinə dair sanitariya normalarında istehsal normaları öz əksini tapıb. Qeyd edilib ki, enerji içkilərinin 100 ml-də olan maddələrin miqdarı müəyyən olunmuş normalardan çox olmamalıdır. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Bu içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır. Qablaşdırma normalarında isə göstərilib ki, enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar 3%-dən çox olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır. Həmçinin istehlak tarası və bağlama vasitələri bu məhsulla təmas zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır. Enerji içkisi ilə doldurulmuş istehlak tarasının hər birinin etiketində məhsulu xarakterizə edən məlumatlar olmalıdır. Buraya istehsalçının adı, ünvanı və əmtəə nişanı, içkinin adı, növü və tərkibi, içkinin qida və enerji dəyərliliyi, içkinin tərkibindəki maddələrin miqdarı, içkinin miqdarı, saxlanma şərtləri, istehsal tarixi və yararlılıq müddəti, içkinin istifadə qaydaları daxildir. Həmçinin "Enerji içkisi", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir","18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazısı öz əksini tapmalıdır".
A.Fərziyeva bildirib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb