Azərbaycan İdeyası

İşsizlərin sayı azalıb

Tarix:16-11-2015, 13:48
Baxış Sayı:479

Ötən illə müqayisədə bu il işsiz əhalinin sayı 0,1 faiz azalıb. Beynəlxalq əmək təşkilatının əmək metodologiyasına görə 2014-cü ildə əhalinin 5 faizi işsiz kimi dəyərləndirilib. Bu ilə olan statistik göstərici isə 4,9 faizdir. İşsizləri diqqət mərkəzində saxlayan dövlət tərəfindən onlara müavinət verilir. Amma çoxları bundan xəbərsizdir. Aqil Məmmədov özəl şirkətlərdən birində çalışıb. İşdən ayrıldıqdan sonra xeyli çətinliklərlə üzləşib. Deyir, işsizliyə görə müavinət verilməsindən xəbərsiz olduğundan bu hüququndan yararlanmayıb. Məhəmməd İsmayılov da əvəlki işindən ayrıldıqdan sonra yeni iş tapa bilməyib. Məlumatlı olduğundan müavinət almaq üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Amma indiyədək müavinət ala bilməyib.
Dövlət Məşğulluq Xidmətinin əmək bazarı və statistika şöbəsinin müdiri İsa Həsənov deyir ki, işsiz statusu olan hər kəsin müavinət almaq hüququ var. Aktiv və passiv işsizliyə görə müavinətlər məşğulluq haqqında müvafiq qanunvericiliyin tələblərinə uyğun ödənir. İsa Həsənov deyir ki, işsizliyin aradan qaldırılması dövlətin prioritet istiqamətlərindəndir. Ölkədə açılan yeni iş yerləri işsizliyin səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub. Azərbaycanda işsizliyin səviyyəsinin azalması beynəlxalq təşkilatlar tərəfindən də xüsusi qeyd olunur. İşsiz vətəndaşlara müavinətlərin verilməsi isə dövlətin onlara qayğısının göstəricisidir. Müavinət ayrılması işsizlərə yeni iş tapanadək dəstək olmaq məqsədi daşıyır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb