Azərbaycan İdeyası

GÖZÜ XƏRÇƏNG OLAN ƏLILLIK DƏRƏCƏSI ALA BILMƏSI ÜÇÜN KORRUPSIYA XƏRÇƏNGINƏ QALIB GƏLMƏLIDIR

Tarix:22-01-2020, 14:54
Baxış Sayı:193

Məlum olduğu kimi, qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir və tibbi-sosial ekspert komissiyalarının bu məsələdə rolu məhdudlaşdırılıb. Göründüyü kimi, burada əsas səlahiyyət sahibi TSEK deyil, rayon (şəhər) mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim komissiyalarıdır. Həmin komissiyaların sədrləri isə külli-ixtiyar sahibləri olduğundan, faktiki əlil olan vətəndaşları incidirlər.
Şəki rayonunun Baş Göynük kəndində yaşayan və qeydiyyatda olan 1988-ci il təvəllüdlü Məmmədova Rəvanə Süleyman qızı 04.11.2019-cu il tarixli ərizəsi ilə redaksiyamıza müraciət edərək, bildirmişdir ki, faktiki olaraq gözdən əlil olmasına baxmayaraq, korrupsiya hüquqpozması ilə rastlaşdığından, əlillik dərəcəsi ala bilmir. Yazır ki, anadangəlmə qüsurlu olan gözünün 2010-cu ilə kimi görmə qabiliyyəti 50 faiz imiş. Həmin il gözündə ağrılar hiss etməyə başlayıb və ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gedib. Orada həkim - oftalmoloq Lamiyə Osmanova, daha sonra ""XəzərTV"-nin "Səni axtarıram" verilişi vasitəsilə yönləndirildiyi məşhur göz həkimi Cahid doktor, ən nəhayət, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında müraciət etdiyi oftalmoloq alim Paşa Qəlbinur ona yüksək dərəcəli miopiya, makulodistrofiya) diaqnozu qoyublar və bildiriblər ki, əməliyyat oluna bilməz.
Ərizədən oxuyuruq: "Zərifə Əliyeva adına Göz Xəstəxanasında əlillik dərəcəsi almağımla bağlı həkim Əliyeva Rəmziyə xanım sənəd verdi ki, Şəki Mərkəzi Xəstəxanasının Göz şöbəsinə təqdim edim. Mən sənədi həmin xəstəxananın göz şöbəsində çalışan Məmmədova Gülnarə xanıma təqdim etdim. Gülnarə xanım heç bir müayinə etmədən mənim gözümüm sağlam olduğunu bildirdi. Əlillik dərəcəsi almağım üçün məndən 550 (beş yüz əlli) manat dəyərində pul istədi. Mən ona yalvardım ki, mənim xəstə övladım var, özüm kirayədə qalıram, durumum çox pisdir, vəziyyətim göz qabağındadır. Mənim yalvarışlarıma acımadan və məni dinləmədən və məndə olan həkimin verdiyi sənədlərə baxmadan, cavabında bldirdi ki, acınacaqlı vaziyyətdə olmağım onu maraqlandırmır. Mən dedim ki, əgər mənə köməklik göstərməsə, onu yuxarılara şikayət edəcəm. O isə, çəkinmədən mənə bildirdi ki, heç kimdən qorxusu yoxdur, kimə istəyirəmsə şikayət edə bilərəm, onu maraqlandırmır".
Əlacsız qalaraq redaksiaya müraciət etdiyini bildirən Rəvanə Məmmədova xahiş edir ki, onun problemi KİV-də ictimailəşdirilsin və əlaqədar qurumlara çatdırılaraq əlillik dərəcəsi ala bilməsi üçün köməklik göstərilsin.
Məqalədə adı keçən şəxslərin mövqelərini dinləməyə hazırıq.

Səhər Manafqızı
Xüsusi müxbir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO