Azərbaycan İdeyası

VƏKİLLƏR KOLLEGİYASININ SƏDRİNƏ KİV ÜZƏRİNDƏN AÇIQ MÜRACİƏT

Tarix:4-02-2020, 11:25
Baxış Sayı:624

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 48, mənzil 6 ünvanda yaşayan Vətəndaş Məmmədova Qəribə Əjdər qızı onun vəkil Təranə Əliyeva haqqında şikayətlərinə reaksiya verməyən Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova ünvanladığı açıq müraciətini "Korrupsiya və Qanun" qəzetində dərc olunması xahişi ilə redaksiyamıza göndərmişdir. Müraciətnamədə yazılıb:
"Redaksiyanın köməkliyi ilə üzümü tuturam cənab Anar Bagırova və soruşmaq istəyirəm ki, niə 5 aydı mən vəkil Təranə Əliyeva ilə baglı şikayətimə cavabı ala bilmirəm. Təranə Əliyeva 5 aydı ki, kütləvi informasiya vasitələrində mənim ailəm haqqında yazır və dayanmadan mərhum oglumun şəkilləriini saytlarda yerləşdirir. Soruşmaq istəyirəm Anar müəllimdən: Vəkilin vətəndaşa xidməti onu müdafiə etməkdi, hüquqlarını qorumaqdı, yoxsa, şantajla məşgul olmaq təzə versiyadı vəkillərdə? Müdafiyə etdiyi vətəndaşı aldadıb evini adına kecirmək, ölən insanın şəkilləri ilə məşhurlaşmaq istəyən vəkil Təranə Əliyeva haqqında məqalədə dəqiq ifadə olunub: Subordinasiya və peşə etikası qaydalarını pozmaq irsidir Təranə Əliyevada. Vaxtında atası Telman Əliyev də eyni pozisiyanı tutmuşdu, lakin cox cəkmədi onun vəzifədə olmağı.
Cənab Anar Bagırov, Sizin Vəkillər Kollegiyasının İntizam Komissiyası 5 aydı ki, mənə cavabını bildirə bilmir. Cox cətin iş verilib onlara, yoxsa, Təranə Əliyevadan gorxursuz? Cəsarətli olun və Sizin cavabı cox insanlar bilmək istəyir. Əsas bu nəticə mənə aiddi, cünki mənim oglumun ailəsini dagıdan və 4 övladını cöllərdə goyan, məhkəmələrdə 12, 13 yaşında gız uşaqlarını yalan ifadə verməyə məcbur edən TƏRANƏ ƏLİYEVADI!"
Xatırladaq ki, vətəndaş Qəribə Əjdər qızı Məmmədovanın şikayəti əsasında qəzetimizdə artıq iki dəfə - "Tanınmış xanım vəkil öldürülmüş Elşən Məmmədovun həyat yoldaşına niyə "təmənnasiz" köməklik göstərir?" sərlövhəli birinci və "Əri ölənədək hicab örtən gəlin tanınmış vəkil həmcinsi ilə rəfiqə olandan sonra açıq-saçıq gəzir" başlıqlı ikinci məqalə dərc olunub. Həmin məqalələrin qayəsini təşkil edən şikayətdə Q.Məmmədova yazırdı ki, kriminal aləmin mənsublarına həm vəkillik, həm də vəkil kimi funksional vəzifələrinə aid olmayan, yəni, əlavə qeyri-prosessual xidmətlər göstərməsi ilə tanınan Təranə Əliyeva onun 2016-cı ildə Tiflis şəhərində öldürülmüş oğlu Elşən Məmmədovun ailəsini dağıdıb, Elşənin həyat yoldaşı Ülkər Rzayevaya məkrli məqsədlə himayədarlıq edir, onu dilə tutaraq 4 azyaşlı uşağı ilə birlikdə gəlini olduğu evi tərk etməyə, sonra isə məhkəmədə mülki iddia ilə mənzil və qızıl tələbi irəli sürməyə təhrik edib. Şikayətçinin sözlərinə görə, Təranə Əliyeva Suraxanı rayon məhkəməsinin 6 iyun tarixli iclasına gələrək tələb edib ki, mərhumun qardaşı Əjdərə məxsus olan ev də alınaraq Ülkər Rzayevaya verilməlidir.
Şikayətçi həmçinin bildirmişdi ki, Suraxanı məhkəməsinin hakimi Səlimə Miriyeva çox kobudcasına onun hüquqlarımı pozaraq 6 avqust 2019-cu il tarixdə onun xəbəri olmadan məhkəmə prosesi keçirib, ona bildiriş göndərmədən qərar çıxarılıb. Qeyd etmişdi ki, məhkəmə protokolları ona göstərilməyib, gizli saxlanılıb, hakim köməkçisi Vüqar müəllim ondan pul istəyib.
Q.Məmmədovanın redaksiyaya yazdığı ərizədə əlavə olaraq bildirilirdi ki, keçmiş gəlini Ülkər Rzayeva ərinin sağlığında başı örtüklə gəzirdi, amma əri öləndən, daha doğrusu, indi - vəkil Təranə Əliyeva ilə rəfiqə olandan sonra üçədə açıq-saçıq geyimlərdə gəzir, bu da eniyetmə övladlarının tərbiyəsinə mənfi təsir edir.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO