Azərbaycan İdeyası

“Bu məmurlar ciddi şəkildə cəzalandırılmalıdır” – DSX və DYP-yə sərt sözlər

Tarix:19-11-2019, 16:05
Baxış Sayı:94

10 ildir ki ölkədə sistemli formada elektron hökumət quruculuğu prosesi gedir. Bir xeyli uğurlar da əldə olunub. eGov və E-məhkəmə ilə bağlı çoxsaylı hüquqi sənədlər qəbul edilib. Lakin təcrübə göstərir ki, bizdə bu proses çox uzanır, bəzən çox çətinliklə irəli gedir”. “Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Vəkil Anar Qasımlının paylaşımına (aşağıda təqdim etdiyimiz – Red) fikir bildirən O. Gündüz sözlərinə belə davam edib: “Sistemlərin inteqrasiyasında və kordinasiyada ciddi problemlər var. Görünür ki hələ də ayrı-ayrı məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar. Səbəblərdən birisi də aşağıda qeyd olunub. Mənim təcrübəmdə olub ki, ayrı-ayrı məmurlar hansısa bir arayışın və ya çıxarışın elektron formada olmasını əsas gətirərək qəbul etməkdən imtina ediblər. Amma aşağıdakı qeyd olunanlar ümumiyyətlə biabırçılıq, nəinki eGov-a qarşı saymazlıq və sayğısızlıq, ümumiyyəylə hüquqa qarşı etinasızlıqdır. İndiki zamanda Mərkəzi icra qurumlarının, DSX (Dövlət Sərhəd Xidməti) və DYP (Dövlət Yol Polisi) kimi qurumların bu cür hərəkəti, məhkəmə qərarının kağız formada möhürlənərək tələb edilməsi ağlasığmazdır. Fikrimcə məhkəmə elə onların bu hərəkətinə qarşı məhkəmə işi başlatmalıdır. Düşünürəm ki, aidiyyatı qurumlar buna ciddi reaksiya verməli, məsul şəxslər ciddi cəzalandırılmalıdır. Açıqlama verilməlidir, gələcəkdə bu tip halların təkrarlanmaması üçün tədbir görülməlidir”. Qeyd edək ki, vəkil Anar Qasımlı hüquqlarını müdafiə etdiyi Türkiyə vətəndaşının başına gələnlərlə bağlı bu sözləri qeyd etmişdi: “Bu yaxınlarda bir mülki iş üzrə hüquqlarını müdafiə etdiyim Türkiyə Cümhuriyyəti hüquqi şəxsinə məxsus avtomobilə və onun qoşqusu üzərinə iddianın təmini qaydasında həbs qoyulmuş, avtomobilin və onun qoşqusunun xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsi qərara alınmışdı. Avtomobil Balakən rayonu ərazisindəki Mazımçay sərhəd keçid məntəqəsindən ölkəyə daxil olarkən saxlanılmışdı. Həmin qərardan apelyasiya şikayəti verdim və şikayətimə baxılanda iddia tələbi məbləğində pulu (təxminən 40 min dollar) məhkəmənin depozit hesabına yatırdım. Apelyasiya məhkəməsi iddiaçının razılıq ərizəsini və depozitə pul qoyulmasını nəzərə alıb rayon məhkəməsinin qərarını ləğv etdi. Bəla bundan sonra başlandı desəm, yalan olmaz. Məhkəmə qərarı elektron imzalanıb. İndi nə maşını saxlamış Dövlət Sərhəd Xidməti avtomobili buraxır, nə də Dövlət Yol Polisi avtomobil üzərindən həbsi götürür. Arqumentləri də odur ki, bizə möhürlü qərar gətirin. Mən başa düşə bilmirəm, bəzi məmurlar bilərəkdənmi, yoxsa bilməməzlikdən məhkəmə-hüquq islahatlarına qarşı çıxırlar? Elektron məhkəmə sisteminin yaradılması ölkəmiz üçün inqilabi yenilikdir. Niyə bunu gözdən salmağa çalışırsınız, cənablar? Axı o avtomobili saxlayanda da, üzərinə həbs qoyanda da elektron imzalanmış – sizin təbirinizcə desək, möhürü olmayan – qərardad olub. Necə olur ki, elektron imzalanmış qərardadla həbs qoyursunuz, amma həbsi götürmürsünüz? Məhkəmə-hüquq islahatlarına qarşı çıxmayın, cənab məmurlar! Avtomobili azad [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO