Azərbaycan İdeyası

RÜSTƏM XƏLİLOV ADINI HACIQABUL RAYONUNUN DA "ŞƏRƏF KİTABI"NA QIZIL HƏRFLƏRLƏ YAZACAQDIR

Tarix:4-02-2020, 11:19
Baxış Sayı:595

Bildiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son vaxtlar qətiyyətli siyasi iradə ortaya qoyaraq yürütdüyü kadr siyasətində tətbiq etdiyi yeniliklər hazırda KİV-in yer verdiyi ən aktual mövzulardandır.
2019-cu ilin noyabr ayında diqqəti çəkən hadisələrdən biri də möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi oldu.
Rüstəm Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatır. Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci ildə anadan olub. 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir. 2018-ci ildə Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Atası Gülabba Xəlilov 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və "Oraq və Çəkic” qızıl medalı alıb.
Rüstəm Xəlilov KİV-ə verdiyi müsahibələrindən birində deyir ki, valideynlərindən aldığı tərbiyəyə görə insanlara yuxarıdan aşağı baxmağı bacarmayıb: "Bəziləri hansısa vəzifəyə təyin olunanda hamıya qapısını bağlayır. Amma mən nə qədər yüksək pillədə qərar tutsam da, qapım qohum -əqrəba, dost-tanış üzünə açıqdır. İnsanlar arasında heç vaxt fərq qoymamışam. Çünki özümü həmin insanların yerinə qoymağı bacarmışam".
Rüstəm müəllim insanlara var-dövlətinə görə qiymət vermir. Çünki özünün dediyi kimi, görə-görə gəlib. 24 yaşında kolxozun ilk sədri olub. O dövrdə həmin yaş üçün vəzifə çox böyük etimad idi. Sabirabad rayon Partiya Komitəsinin birinci katibinin və onun komandasının ətrafında 9 nəfər büro üzvündən biri olub. Özünü mənəvi cəhətdən çox zəngin hesab edir. Onun öz yolu, öz dəsti-xətti var. Əqidəsi birdir. Ulu öndərin siyasətini, cənab İlham Əliyevin davam etdirdiyi kursu dəstəkləyir.
Rüstəm müəllim gözəl ailə başçısı, qağıkeş ata, nəvazişkar babadır. Onun fikrincə, insan hətta övladlarının gələcək həyatını formalaşdırmaq üçün belə heç vaxt qürurunu sındırmamalıdır. Amma Allah ona yar olub. Dörd qız övladı böyüdüb, boya başa çatdırıb, gəlin köçürüb. Nəvələri var.
Rüstəm Xəlilov Sabirabaddan olan millət vəkili kimi, qonşu Hacıqabul rayonunun da potensial imkanlarına bələd idi. O üzdən inanırıq ki, Rüstəm Gülabba oğlu Xəlilov həmişə olduğu kimi, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də dövlət rəhbərliyinin ona göstərdiyi etimadı doğruldacaq, Hacıqabul vətəndaşlarının hörmət və rəğbətini, sevgisini qazanacaq, adını Hacıqabul rayonunun da "Şərəf Kitabı"na qızıl hərflərlə yazacaqdır. Şübhə etmirik ki, Rüstəm müəllim Hacıqabul rayonunun potensial ehtiyatlarını üzə çıxara, rayonun tərəqqipərvər qüvvələrini səfərbər edib tərəqqiyönlü işlərə yönəldə biləcəkdir.
"Korrupsiya və Qanun" beynəlxalq ictimai-siyasi hüquq qəzetinin kollektivi adından cənab Rüstəm Xəlilovu təbrik edir, ona təyin edildiyi mühüm vəzifədə uğurlar arzulayırıq.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.