Azərbaycan İdeyası

Azərbaycanda internet şəbəkəsi niyə çökdü? - RƏSMİ

Tarix:17-11-2015, 14:38
Baxış Sayı:657

Hadisə yerin FHN əməkdaşları cəlb olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidməti “Delta-Telekom” MMM Data Mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Oxu.Az-a daxil olan məlumatda bildirilib ki, 16 noyabr 2015-ci il tarixində saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator – “Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib:
“Hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb.
Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətdə heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub.
Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, aidiyyəti digər dövlət orqanlarının nümayəndələri hadisə yerində olub.
Hadisə yerində tüstülənmənin baş verməsi və onun təxirəsalınmaz işlərinin dərhal başlamasına maneələrin yaratması səbəbindən internet əlaqəsinin bərpası vaxt tələb edib, gərgin və fədakar əmək nəticəsində saat 21.00 radələrində internet əlaqəsi bərpa olunub.
Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib.
Hadisənin fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir”, - məlumatda bildirilib.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU