Azərbaycan İdeyası

Bu adlara da “quş” qoydular - SİYAHI

Tarix:18-11-2015, 10:01
Baxış Sayı:461

Son dövrlər valideynlər övladlarına ən çox tarixi adlar qoymaqda maraqlıdır.
"Korrupsiya və Qanun" saytının məlumatına görə bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, uşaqlara “Alpər”, “Albars”, həmçinin türk mənşəli adlar qoymaq istəyirlər.
“Bu müraciətlərlə bağlı Terminologiya Komissiyasına məlumat verilir. Bəzən hər hansı adın mənşəyi məlum olmayanda araşdırırıq. Məqsədəuyğun hesab edilərsə, qoyulmasına icazə verilir. Son dövrlərdə tarixi şəxsiyyətlərin - Nizami, Fizuli, Vaqif, Məhsəti kimi adlar xatirə xarakterli qoyulur. Son dövrlər Məhsəti adının müəyyən qədər az qoyulması müşahidə edilir. Lakin Nizami, Vaqif, Fizuli kimi adlar ad sistemində daha çox öz əksini tapır. Bu həm də həmin şəxslərin xatirəsinə hörmət əlaməti olaraq qoyulur”.
S.Sadıqova onu da əlavə edib ki, bəzən valideynlərin seçdikləri adların qoyulmasına razılıq verilmir:
“Bu yaxınlarda “Kiar” adı ilə bağlı müraciət olmuşdu. Bu adın bu vaxta qədər adlar sistemində öz əksini tapmadığı və cizgi film qəhrəmanının adı olduğunu müəyyən edəndən sonra qoyulmasına razılıq verilmədi. Lakin “Tutma”, “Şüşəbənd”, “Cinayətkar”, “Stəkan” kimi adlar qoymaq istəyənlərə həm səslənməsinə, həm də mənasına görə icazə verilməyib. Hansı ki, bir vaxtlar “Kombayn”, “Ansambl”, “Limon” kimi adlar gülüş doğurduğuna görə qadağan edilmişdi. Son illər qızlara “Ayasofiya” adını qoymaq üçün müraciət olub, lakin buna razı olmamışıq. Çünki “Ayasofiya” “böyük kilsə” mənasındadır. Həmçinin məbədgah mənası da var və daha çox xristianlığa məxsusdur. Sofiya formasında verilməsi daha məqsədəuyğun hesab edilib. Bu da müdriklik mənası deməkdir. Dilin qloballaşma şəraitində qorunması üçün adların qoyulması nəzarətdə olmalıdır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO