Azərbaycan İdeyası

NEFTÇALADA KASIB KƏNDLİLƏR RAYON MƏRKƏZİNDƏ TƏKLİF OLUNAN İCTİMAİ İŞLƏRƏ GETMƏYƏ NƏQLİYYAT TAPA BİLMİRLƏR

Tarix:30-04-2020, 13:38
Baxış Sayı:840

Bu günlərdə həbs olunan icra başçılarına qarşı irəli sürülən ittihamların biri də onların ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmələri ilə bağlıdır. İndi mətbu və elektron kütləvi informasia vasitələrində, eləcə də sosial mediada gündəmdə olan bu mövzu ətrafında yürüdülən fikirlərdən biri də budur ki, eyni qanunsuzluqlara təkcə başçıları məsuliyətə cəlb olunan rayonlarda deyil, digərlərində də rəvac verilib-verilməməsi araşdırılmalıdır. Sakinlərindən biri redaksiyamıza üz tutmuş Neftçalada rayon rəhbərliyinin kasıbların payına əl uzatdığını deməyə əsaslı şübhələrimiz oxdur. Amma onu dəqiq deyə bilərik ki, işə düzələcəkləri təqdirdə maaş kartlarını heç bir məmura vermək fikrində olmadıqları bəri başdan bəlli olan şəxslərin işləri heç də hamar getmir.
Neftçala rayonunun Xəzərkənd kənd sakini Nağdıyeva Könül Rasim qızı yazır ki, neçə illərdir həat oldaşı ilə birgə aidiyyəti qurumlara işə götürülmə ilə bağlı müraciətlər etmiş, ailənin maddi vəziyyətinin acınacaqlı olduğunu bildirmişlər. Xeyli get-gəldən sonra Könül xanımın həyat yoldaşını Məşğulluq Xidmətinin xətti ilə işə düzəltmişlər. Amma ərinin aldığı 250 (iki üz əlli) manat maaş 5 nəfərdən ibarət olan ailənin dolanışığını təmin etməyə yetmir.
"Vətənə iki əsgər böyüdürəm. Bir qız övladım var. Hər üçü təhsil alırlar. Mən də bir ana kimi onların yaxşı təhsil almasını istəyirəm. Buna maddi imkanımız çatmır. Hər hansı bir idarədə xadimə işi ilə təmin olunmağımı istəmişəm ki, ağır durumda olan ailəmə mənim də köməyim dəysin. Müraciət etdiyim İcra Hakimiyyətindən, Məşğulluq Mərkəzindən, Təhsil Şöbəsindən mənə gələn məktublarda bildirirlər ki, növbədəsən. Görəsən, bu növbələr nə vaxt bitəcək? Çox get-gəldən sonra rayon mərkəzində aylıq maaşı 250 (iki üz əlli) manat olan satıcı işi təklif etdilər. Raondan kəndimizə marşrut işləmədiyindən, xüsusi taksilər 5 (beş) manata aparıb-gətirirlər. Mənim işə gedib-gəlməyim üçün gündəlik 10 (on) manat pul lazımdır. Vəd olunan aylıq gəlir buna imkan vermir. Dəfələrlə aidiyati qurumlara işlə bağlı müraciətlər etsəm də, heç bir nəticə əldə etməmişəm. İş stajım və heç bir təhsilimin olmamasına (peşə, orta ixtisas, ali təhsil nəzərdə tutulur. - "KQ") baxmayaraq, Neftçala Rayon Məşğulluq Mərkəzi məndən diplom və əmək kitabçası tələb edir".
İşlə təmin olunmaq istəyinin KİV-də ictimailəşdirilməsini redaksiyamızdan xahiş edən K.Nağdıyeva qəzetimizə ünvanladığı ərizəsinə müraciət etmiş olduğu aidiyyati qurumlardan aldığı cavab məktublarının surətlərini də qoşma etmişdir. Təqdim etdiyi materiallardan məlum olur ki, vətəndaş K.Nağdıyeva işlə təmin olunmaqla bağlı Azərbaycazdığı n Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya etdiyi müraciətdən sonra həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Neftçala Rayon Məşğulluq Mərkəzinin direktoru ona 08.07.2019-cu il tarixdə məktub yazaraq, özünün və həyat yoldaşının şəxsiyyət vəsiqəsini, diplomunu, əmək kitabçasını Mərkəzə təqdim etməsini tövsiyə etmişdir. Elə həmin vaxtdan Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan həyat oldaşı Nağdıev Həbib Əbülfəz oğlu Məşğulluq Mərkəzinin göndərişi ilə "DOST İş Mərkəzi" MMC-də sosial işçi vəzifəsində işlə təmin olunmuşdur.
Vətəndaş Nağdıyevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbuluna düşmək istəini ehtiva edən müraciətin aidiyyəti üzrə ünvanlandığı Neftçala RİH-nin yazdığı 31.07.2019-cu il tarixli məktubda bildirilir: "Sizin Xəzər kəndində yerləşən məktəbdə işləmək istəyinizlə əlaqədar qed edirik ki, hazırda həmin məktəbdə vakant yer mövcud deyildir. Siz Neftçala Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyata alınmısınız. Gələcəkdə aşadığınız ünvanda yerləşən məktəbdə boş iş yeri yaranacağı halda münasib işlə təmin olunmağınıza köməklik göstəriləcəkdir".
Neftçala RİH vətəndaş Nağıyevaya ünvanladığı növbəti - 14.10.2019-cu il tarixli cavab məktubunda isə ona xatırladılır ki, ona Neftçala şəhərində yerləşən mağazaların birində əmək haqqı 180 manat olan boş satıcı yeri təklif olunmuş, lakin o,, yaşadığı ərazidə yerləşən Xəzər kənd tam orta məktəbində işləmək istədiyinizi bildirərək, təklif olunan boş iş yerindən imtina etmisiniz. Vəd olunur ki, gələcəkdə onun istəyinə uyğun boş iş yeri yarandığı halda müvafiq işlə təmin olunmağına köməklik göstəriləcəkdir.
Vətəndaş Nağdıyeva ilə əlaqə saxlayıb redaksiyaya müraciətində qeyd etdiyi məsələlərlə bağlı daha ətraflı məlkumat aldıq. Bildirdi ki, ərini az maaşlı işə düzəltmələrini bir növ onun boynuna minnət kimi qoyurlar və az qala hər məktublarında qabardırlar. Məqsədi heç də rayon rəhbərliyinin xüsusi vurğuladığı kimi mütləq və mütləq kənd məktəbində işə düzəlmək deyil, ümumiyyətlə işlə təmin olunmaqdır.
Nağdıyevanın ərizəsində əslində tək bir ailənin deyil, istər-istəməz bütöv kəndin ictimai nəqliyyat problemi özünü göstərir. Kəndlə rayon mərkəzi arasında marşrut xətti mövcud deyildir, şəxsi avtomobili olmayan sakinlər nəqliyyat diskriminasiyasına məruz qalırlar. Araşdırılması lazım - görən, Neftçalanın ucqar kəndlərindən olan sakinlər sırasından rayon mərkəzində ictimai işlərə cəlb olunanlar gündəlik yol pullarını necə çatdırırlar.


"Korrupsia-q.az" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO