Azərbaycan İdeyası

BÜTÜN ŞƏHIDLƏRIMIZƏ HƏSR EDIRƏM !.

Tarix:15-01-2020, 15:24
Baxış Sayı:99

O Sabirabad rayonunun Muradbəyli kəndində kolxozçu ailəsində dünyaya gəlmişdi...Bu kəndin bir tərəfi Kür çayı,bir tərəfi Sarısu gölü ( orda yaşayanlar bu gölə çala deyirlər),bir tərəfi Mirzağa arxı ilə əhatə olunub. O bu kənddə boya başa çatmışdı,uzun boylu ,enli kürək,qaraşın bir igid idi Maqsud...Onlar 5 qardaş 3 bacı idilər.Qardaşlarının adları M hərfi ilə başlayırdı.Mehman ,Mais, Mail, Maqsud, Murad, Şamama, Şəhla və Güləzər bacıları.Atası Xankişi əmi və anası Səmayə xala adi kolxozçu idilər. Maqsudun əsgərlik vaxtı çatdı 1990 ci il ,fəlakətlərimizin tüğyan etdiyi illər... Maqsud Daxili Qoşunlara düşdü.Artıq 4 cü il idi ki xidmət edirdi ,vuruşurdu mənfur düşmənlə.1993 ilin dekabr ayı idi arxalı,azğın düşmən Beyləqan istiqamətində ağır texnika, ,tanklarla hucuma keçmişdi. Maqsud öz döyüş yoldaşları ilə qəhrəmancasına vuruşurdu, düşmənin 4 dən çox tankını çoxlu sayda canlı qüvvəsini məhv etmişdilər.Amma arxalı köpəklər yeni qüvvə ilə yenə də hucuma keçirdi. Maqsudun o biri döyüş yoldaşları həlak olmuşdular 3 nəfər qalmışdılar səngərdə yalnız bir tank vuran mərmi qalmışdı, düşmən isə güllələri od kimi yağdırırdı.Maxsud tankların bir az da yaxınlaşmasını gözləyib, axırıncı mərmi ilə tankın birini də məhv etdi.Artıq heç bir doyüş sursatları qalmamışdı.Tanklar isə onlara tərəf sürətlə irəliləyirdi. Mənfur düşmən tankı Maxsudgilin səngərinin üstündə fırlanaraq bu igidləri torpağa diri-diri basdırdı...!
O gün yer palçıq idi,3 gün idiki yağış yağırdı. Maqsudun böyük qardaşı Mehman inəkləri Garıs meşəsinə ötürüb, yola yaxın su arxının üstündəki çəpərə ayağındağı rezin sapoğun palçığın silirdi.Bir içərisi hərbi geyimdə olan, hərbiçilərlə dolu "UAZ" Mehmanın yanından ötüb keçdi. Mehmanın qardaş ürəyi zıq elədi, bir an özün itirdi," UAZ " isə atasıgilin evlərinə sarı gedirdi...Ayağında yekə rezin sapoqla Mehman da atasıgilə tərəf qaçmağa başladı, qaçırdı amma çata bilmirdi, elə bilirdi ayaqları getmir, rezin sapoq ayağından çıxmışdı ,xəbəri yox idi palçıqda ayaqyalın qaçırdı, çata bilmirdi bu " UAZ " a...can qardaş pis şey gəlmişdi ürəyinə...Xankişi əmi də heyvanları meşəyə ötürüb gəlmişdi, oturmuşdu pilləkəndə Səmayə xala isə xamır yoğururdu.Xankişi əmi dedi " ay Səmayə, Mail balığ tutmağa gedib ,balıq gətirsə sən Allah ləmbic elə isti çörəklə yeyərəm, nəsə ürəyim yaman göynəyir ". Səmayə xala dedi " yaxşı ay kişi, vallah bu gecə Maqsud yuxumnan çıxmayıb, bircə hə desəydi nişanlayardım balamı, deyir ay Xankişi, gəçən dəfə Maqsud Axtaçıya toya getmişdi ha, toyda oyneb nədi o mahnın adı ? həə taksi burda saxla o qız bu kəntdəndi, yağın Axtaçıdan kiminsə qızın isser ay kişi görəsən kimin qızıdı " ?. Ay Səmayə, saalla məyi bu işlərə qatma qoy Güləzər bacısına sirr gəlsin, siz arvadlar gedin düzün qoşun onsuz da elə həmişə arvadlar düzüb qoşur biz kişilər də elə yalandan şirin çay içib Allah mübarək olsun deyirik." Ay kişi, Güləzər deyir ki, Maqsuda dedim ki, qardaş, kimi iseersən de anama deyim getsinlər elçiliyə. Maqsud deyib ki, yox ay bacı qoy müharibə qurtarsın, olmadı elə oldu belə xalxın qızın bədbəxt edərəm, inşallah müharibədən sonra deyəcəyəm bacı.."
" UAZ " həyətə girmişdi, hərbi geyimdə 5-6 nəfər düşmüşdü maşından yerə. Xankişi əminin gözü uzaqdan yaxşı görmürdü, dedi : " Ay Səmayə, deyəsən Maqsud əsgər yoldaşları ilə gəlib bir az tez elə çörəyi bişir." Bıyy başına dönüm balamın da əsgər yoldaşlarının da, o su dolu vedrəni bəri ver suyu qızdırım, sən də toyuqları yer palçıqdı hindən çölə buraxmamışam , o bu ilki xoruzun 2 - sini tez kəs ver mənə. Bıyy ay Allah, nə yaxşı yuxum çin çıxdı balamın boyuna qurban ollam " .Mehman da artıq çatmışdı bu həyətə, maşında tabutu görcək, istədi qışqıra bacarmadı boğazı qəhərdən qurumuşdu. Xankişi əmi dedi : " Ay Mehman, Maqsuda denən gəlsinlər dənə evə yorulmuşam dura bimirəm." Ay lələ evimiz yıxılıb ay lələ, başımıza daş düşüb, ay lələ qardaşım tabutda gəlib ay lələ. Xankişi əmi durmaq istədi dura bilmədi .Beli sınmışdı ağır olur övlad itkisi. Səmayə xala bir az ağır eşidirdi soruşdu;," ay Xankişi, Mehman nə qışqırır orda denən gəlsinlər öyə dənə " ....və pilləkəndən düşdü aşağı gördüyü mənzərə onu havalandırdı ..." Ay nakam gedən Maqsudum, bəs mən sənə elçi qedirdim ay bala qurban olum ay Maxsud, Allan yandım ay Allah !!! "....
Həmin günün axşamı Maqsud Xankişi oğlu Daşdiyev Azərbaycan Bayrağı ordeni ilə ölümündən sonra təltif olundu. Muradbəyli kənd orta məktəbi onun adını daşıyır. Xankişi əmi çox yaşamadı Maqsuddan sonra. Səmayə xala sağdı, amma psixası pozulub yazıq arvadın.O gün dəyməyə getmişdik heç kimi tanımır, elə arada deyir ; " ay Murad, vallah qapıya maşın gəldi bax gör Maqsud deyil gələn ?! ".
Mən hər Rusiyadan gələndə birinci növbədə Xankişi əmiyə və Səmayə xalaya baş çəkərdim böyük qardaşımın qaynatası və qaynənəsidi bunlar. Rəhmətlik Xankişi əmi mənimlə söhbəti çox xoşlardı, amma mən o kişinin kişi qeyrətli üzünə baxmağa utanırdım, xəcalət çəkirdim ki, mən niyə Şəhid deyiləm.
İndi də körpə Zəhramıza görə xəcalət çəkirəm...Biz kimik ilahi !!???..

Həsən Həsənov
Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU