Azərbaycan İdeyası

“TİENS”İN İMİŞLİ OFİSİNDƏ SAXTA HƏKİM BAZAR AÇIB

Tarix:22-01-2020, 14:57
Baxış Sayı:626

Şəbəkə marketinqinin qanunsuz fəaliyyəti və onlarla insanın aldadılması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına da şəbəkənin toruna düşən vətəndaşlardan xeyli şikayətlər gəlib və tərəfimizdən işıqlandırılıb. Fəaliyyəti ən çox narazılıq doğuran piramida şirkətlərindən biri və bəlkə də birincisi “Tiens” Çin şirkətidir.
Bu şirkət iş axtaranları aldatmaqla məhsullarını satmağa çalışır. Təəssüf ki, dövlət qurumları şirkətin fəaliyyəti ilə maraqlanmır. Şirkətin əməkdaşları əhalinin gur olduqları küçələrdə, metro stansiyalarının yaxınlığında iş elanları paylayırlar. Onların iş mexanizmi belədir: Tora saldıqları insanlarla çoxlu söhbətlər aparılır, onları inandırırlar ki, artıq adam cəlb etməklə öz bizneslərini qura biləcəklər. Dilə tutduqları insanlara çox vaxt əvvəlcə 10 manat, sonradan 300 manat ödətdirirlər. Onlara üzərində VÖEN olmayan qaimələr, bir də şirkət tərəfindən satılan dərmanlar verilir. Yeni gələn ailə üzvlərini, yaxın qohumlarını da işə cəlb edir. Şikayətçiyə deyirlər ki, hər gətirdiyi adam üçün əlavə maaş alacaq. Belə vədlərlə ondan tədricən daha çox pul qoparırlar. Verilən dərmanları sata bilməyən adam dərmanları geri qaytarıb pulunu almaq istəyəndə isə ona pulun geri qaytarılmayacağı deyilir. Şirkət əməkdaşlıq etdiyi şəxslərlə əmək müqaviləsi bağlamır.
Bu günlərdə redaksiyamıza İmişli rayonu, Əzizbəyov küçəsi ev - 5 ünvanda yaşayan Rzayev Qardaşəli İbrahim oğlunun ərizəsi daxil olmuşdur. Rzayev yazır ki, sözügedən şirkətin əməkdaşı Gülnarə İbrahimova İmişli şəhərinin Hedər Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının birinci mərtəbəsində özünə ofis qurmuşdur və heç bir tibb təhsili olmaya-olmaya bir neçə rayonun (İmişli, Beyləqan, Ağdam, Cəlilabad və b.) əhalisini “müayinə” edir, onlara “resept” yazır. Rzayev bildirir ki, bu özbaşınalığa son qoyulması üçün dəfələrlə paytaxta - şirkət rəhbərliyinə yazılı müraciətlər etsə də, məhəl qoyulmayıb. Odur ki, redaksiyadan bu problemi ictimailəşdirməyi, aidiyyati qurumların diqqətinə çatdırmağı xahiş etmişdir.
“Tiens” şirkəti öz məhsullarını dərman kimi deyil, “qidaya bioloji aktiv əlavə” adı ilə təqdim etsə də, hansı orqanizmin hansı qida əlavəsinə ehtiyaclı olduğunu həkim müəyyən etməlidir. Çünki, bəzi fərdlərdə nəinki dərman, nəinki qidaya bioloji aktiv əlavələr, hətta rasiona qəbul edilən konkret qida növü belə allergiya və başqa fəsadlar doğura bilər.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO