Azərbaycan İdeyası

TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..

Tarix:24-01-2019, 13:08
Baxış Sayı:5 125

TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..

MÜƏLLİMLƏR ARASINDA QÜTBLƏŞMƏ YARADAN İSMƏTLİ MƏKTƏBİNİN
DİREKTORU İNDİ DƏ ŞAGİRDLƏR ARASINA TƏFRİQƏ SALIR

Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd məktəbinin müəllimləri Təhsil Nazirinə ünvanladıqları növbəti ərizənin bir surətini də redaksiyamıza göndərmişlər və açıq formada dərc olunmasını xahiş etmişlər. Sadiq oxucularımız xatırlayarlar, qəzetimizdə bu mövzuda "İsmətli məktəbinin direktoru fironluq edir - 17 müəllim yalan danışa bilməz" sərlövhəsi altında müfəssəl tənqidi məqalə dərc olunmuşdu. Məqalədə məktəbin kollektiv üzvləri direktor Ağamməd İbayevin onlarla həqarətli davranışından, kobud və saymazyana hərəkətlərindən, təkəbbürlüyündən, əsassız tələblərinin onları təngə gətirməsindən, cana doydurmasından şikayətlənmişdilər. Bildirirdilər ki, Ağəmməd İbayev direktor kimi fəaliyyətə başladığı ilk gündən indiyə kimi dəfələrlə saxtakarlıq etmiş, saysız-hesabsız maliyyə pozuntuları törədərək mövcud qanunvericiliyin tələblərini pozmuş və kifayət qədər dövlət vəsaitini mənimsəmişdir. Ayrı-ayrı vaxtlarda məktəbdən çıxıb getmiş müəllimlərin adları hələ də saxlanılaraq onlara qanunsuz əmək haqqı yazılmış və mənimsənilmişdir. Nəinki məktəbdə işləməyən, hətta ərazidə belə yaşamayan, ünvanları hələ də heç kimə bəlli olmayan texniki işçilərə bu günə kimi əmək haqqının yazılması və mənimsənilməsi faktları mövcuddur. Vakant yerlərin nazirlikdən, dərs saatlarının müəllimlərdən gizlədilməsi halları vardır. Dərs bölgüsündə sosial ədalət prinsipi pozulur, qərəzçiliyə yol verilir və s.
Ərizədə göstərilir:
"Cənab nazir, məktəbimizin direktoru Ağəmməd İbayevin direktorluq fəaliyyətinə başladığı 2011-ci ildən indiyə kimi törətdiyi cinayət əməlləri, maliyyə fırıldaqları, "mənəm-mənəmliyi", heç kimlə hesablaşmaması və bu kimi əməlləri barədə Sizə bundan əvvəl də dəfələrlə məktub və teleqramlarla məlumat vermişdik. Bununla bərabər dəfələrlə Təhsil Nazirliyində və Saatlı rayonunda qəbulunuzda olmuşuq.
Hörmətli nazir, göndərilən yoxlamanın araşdırmaları zamanı bütün faktlar bir daha təsdiqləndi. Görülən işlərin nəticəsi olaraq, Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov ona təkcə şiddətli töhmət verməklə öz işini bitmiş hesab etməklə direktoru himayə edir, onun çirkin əməllərini ört-basdır edir. Bir daha nəzərinizə çatdırırıq ki, kor tutduğunu buraxmadığı kimi, direktor indi də öz çirkin əməllərindən əl çəkmək istəmir. Məktəbi müəllimlərini hədələyir, ünvanlarına hədyanlar yağdırır və məhkəməyə verəcəyi ilə qorxudur. Belə ki, məktəbdə baş verən eybəcərliklər buna əyani sübutdur. Bütün bunlar azmış kimi direktor və onun tərəfdarları qatı bir cinayətə əl ataraq şagirdlər arasında təfriqə salmış, onları müəllimin üzərinə (haqsız olaraq) qaldırmağa çalışmışlar. Belə ki, onlar saxta imza toplayaraq müəllim İlhamə Alışanovanı təhdid etmişlər. Çünki İlhamə müəllimə onların saxta əməllərinə qarşı çıxmış və bunların bağışlanmaz cinayət əməli olduğunu bildirmişdi.
Bütün bunlardan başqa, bu ilin noyabrında baş verən xoşagəlməz hadisəni nəzərinizə çatdırmaq istərdik: Məktəbin 11 A sinif şagirdi (direktorun qardaşı nəvəsi) Mətin İbayev məktəbə övladını 1-ci sinifə gətirmiş xanım valideynə qarşı əxlaqsız hərəkəti məktəbdə və kənddə böyük əks-səda doğurmuş, RTŞ-nə bu haqda ətraflı məlumat verilmişdir. Bunları ört-basdır etmək üçün şagirdin adını jurnalda saxlamaqla onu müvəqqəti olaraq qonşu məktəbə göndərmişlər. Onu da bildiririk ki, kənddə son zamanlar bu soyadlarla bağlı tez-tez kriminal hadisələr baş verməkdədir. Bütün bunalar heç də direktoru narahat etmir. Belə olmasaydı, direktorun digər qardaşı nəvəsi İbayev Vüqarın apardığı idman dərsində müəllimin diqqətsizliyi nəticəsində bir şagird digərini xəstəxanalıq etmiş və hadisə rəhbərlik tərəfindən gizlədilmişdir. Bütün bunların fonunda hal-hazırda məktəbimiz hər an partlmağa hazır olan "barıt çəlləyi"nə dönmüşdür. Direktor öz çirkin əməllərini, maliyyə fırıldaqlarını, bağışlanmaz səhvlərini kimlərinsə himayədarlığı sayəsində bu gün də davam etdirməkdədir. Direktora verilən şiddətli töhmət onun etdiyi ağır cinayət əməllərinin qarşılığı ola bilməz və ədalətsiz bir qərar kimi cılız görünür. Təsadüf nəticəsində təhsil sistemində rəhbər vəzifəyə gəlmiş, təhsilimizə ləkə olan bu "fironu" dərhal tutduğu vəzifədən azad etməklə, məsuliyyətə cəlb etməyinizi və haqq-ədalətin bərpa olunmasında bizə yardımçı olmağınızı Sizdən xahiş edirik. Hal-hazırda iş o yerə çatmışdır ki, sabah nələrinsə baş verməyəcəyinə zəmanət vermək çox çətindir. Direktor öz qohumları və əlaltıları vasitəsilə qruplaşma yaratmışdır. Bu da təlim və tərbiyənin keyfiyyətcə aşağı düşməsinə səbəb olmuşdur".
İnanmaq istəyirik ki, "Korrupsiya v Qanun" qəzetinin oxucularının diqqət mərkəzində saxladığı, keçən il həllini tapmayan bu məsələ yeni 2019-cu ilin elə əvvəlindəcə çözüləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Nuran 14 yanvar 2019 20:32
  Жалоба     
Güler xanım,siz xanımsız ya beysiz artıq mende şübhe oyandı. Zaten burda kenar kiminse rey bildireceyine inanmıram. Yaxşı tutaq ki,siz deyirsiz bu 12nefer haqlıdı da.bəs mektebin diger 50neferlik kollektivi? 12nefer düz danışır 50nefer yalan? Sencanı get işinle meşğul ol.

Hee 1deki Xuraman xanımın heç 1meqalesi indiyecen ne bu qdr baxış sayı ne de bu qdr rey almıyıb.ara yerinde reytinq qazanır))) sağolsun Ağammed müellim. )))
Ehmed 14 yanvar 2019 21:11
  Жалоба     
Guler adiyla yazan cinsi belli olmayan oxucu siz ne danisirsiz guya ki ozunuzu hemin qezetin oxucusu kimi qeleme vererek gereksiz yere burda xuraman xanimin senine gozel sozler yagdirirsiz.1ci boyuk sehve yol vererek ,yazirsiz ki guya xuramandan mesuliyyetli ,vicdanli 2 ci jurnalist tamirsiz ..sozunuzden bele cixdi ki qalan jurnalistler mesuliyyetsiz ve vicdansizdir ..sizin de agliniz hormetli oxucu ,qezetinize meqale verenlerin agliyla mutenasibdir.Xuraman xanim o zaman qerezsiz ,edaletli jurnalist olardi ki esl heqiqeti qarsi terefden oyrenerdi ,arasdirib sonra yazardi ,hansi heqiqetden ,qerezsizlikden den vurursuz....
İlkin 14 yanvar 2019 21:29
  Жалоба     
Gülər İsayeva deyəsən Xuraman Quliyeva ilə rəfiqəsiz. İşiniz peşəniz yoxdub məqaləyə görə tanımadığınız insanlar barədə fikir deyirsiz. Vallah ayıbdi gedin işinizlə məşğul olun.

)) it hürər karvan keçər. Ağılsız köpəklər ulduza hürər))
guler 15 yanvar 2019 11:24
  Жалоба     
Nuran Ehmed Ilkin siz artiq sou yaradirsiz
yazdiglarinizi bir oxuyun gulmeli gelmir size
atalar misali getiren insan ele atalar misali ile de cavab verim size
Adamı söz, kababı köz yandırar.
bilinir ki sizler yaman narahatsiz reylere gore
Xuraman xanimin statusuna medeniyyetine catin sonra danisarsiz ekran arxasi shirler !
İlkin 15 yanvar 2019 12:06
  Жалоба     
Narahat olma balaca belədə şirəm Isayeva.
Xuramanin mədəniyyetinə catmaq yox sadece düşmək olar))

Sənin xuramanin getsin adinı reket jurnalistler siyahisindan çixartsin medeniyyet sahibi
Guler 15 yanvar 2019 12:08
  Жалоба     
aydindi yazlish terzinizden nece medeni olmaqiniz
ilkin 15 yanvar 2019 12:22
  Жалоба     
çox sağ olun Gülər xanım.Təsəkkürlər
Nuran 15 yanvar 2019 14:24
  Жалоба     
Güler,bilmediyin mesele,tanımadığın insan haqda fikir bildirmek de medeniyyetin seviyyesin gösterir. Güler bey,yeni senin terefini tutduqlarına da ele qadın adı alta gizlenmek yaraşır,yuxarıdakı reyde eziz dostum qeyd eliyib,yadına salım,onsuz men xatırlatmasam da yadındadı da demişdiz o sentyabrda işlese kişi deyilik.ona göre ele bu adlar yaraşır size.Men bilirem sen kimsen.hem de yaxşı bilirem. Ancaq nese.seviyyesizle seviyyesiz olunmaz. Burda 2dene reyle genelmiyin ki,susdurduq. Azerbaycan kinosunun incilerinden olan "bext üzüyü" filminde bele 1fraqment var.deyir qoymayın aye aye qoymayın üstüme irasim geler...))) indi biz de deyek ki,vaayy qorxduq,bayıldıq çünki 12dene özünnen xebersiz quduzlaşıb? ))) Güldürme sencanın get işine. Hee yada güldür e.zaten komik durumdasız. Ancaq size baxanda gülmek istesem de Allahdan qorxub gülmürem.Çünki ağıldan şikeste gülmek Allah qatında böyük günahdı. Sonda 1mesel de getirim. Edebli edebinnen susur.edebsiz o susdurdu sanır. Terefdarlarının heyasız davranışlarına olar kimi cavab verilmirse,bunu qelebe sanmasınlar.Hamı evinde rahat oturub 12sergerdan özüne yer tapmır. Ele burdan qalib kimdi görünür. Hörmetli Güler bey... çau bye... indi ne istiyirsen yaz.
guler 15 yanvar 2019 14:58
  Жалоба     
guler bey ...cox gulmelidi Nurane xanim !
Cemile 16 yanvar 2019 11:54
  Жалоба     
Bilirsiniz kim haqqi görüb demirse,haq sahibi o, adamın gözlerini kor,dilini lal etsin... Xuraman Xanima geldikde gözel jurnalisd,gözel anadir.. çox xahiş edirik bele Xanim hakkında bilmediyinizi yazmayin
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO