Главная > Cəmiyyət > Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO

Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO


26-03-2021, 20:18. Разместил: Xuraman Quliyeva


Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oyun zalından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba rayonu ərazisində yerləşən oyun zallarının birindən 3 ədəd “Playstation-3” aparatının və həmin aparatlara aid 4 ədəd pultların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Qusar rayon sakini Elxan Xəlilov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı E.Xəlilov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO
Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO
Вернуться назад