Главная > Cəmiyyət / Gündəm > Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın”
Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın”1-02-2023, 17:13. Разместил: Xuraman Quliyeva |
![]() “Kök uşaq sağlam uşaq demək deyil”. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib. O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur: “Diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”. “Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, - deyə həkim əlavə edib. Вернуться назад |