Главная > Cəmiyyət / Gündəm > Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu

Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu


15-03-2023, 13:56. Разместил: Xuraman Quliyeva
Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu\

Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.

Hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunublar.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həyətində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı iki şam ağacına keçdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.
Вернуться назад