Главная > Cəmiyyət / Gündəm > BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB

BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB


23-05-2023, 10:46. Разместил: Xuraman Quliyeva
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
Nərimanov Rayon Ağsaqqallar Şurası”nda “Zaman XXI” əsr jurnalının təqdimat mərasimi baş tutmuşdur. Jurnalın xüsusi buraxılışı Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə işıq üzü görmüşdür. Sözügedən jurnalın təsisçisi Həsən Səfərovdur.

Həmçinin jurnalın ərsəyə gəlməsində gənc yazar Ülviyyə Əbülfəzqızı və Şəhla Hüseynovanın böyük xidmətləri olmuşdur. Jurnalda müstəqil “Orenda Yazarlar Birliyi”nin üzvlərindən ibarət gənc heyətin – o cümlədən Nigar Həsənzadə, Jalə İslam, Mahman Xaliq, Elsəvər Müseyibzadənin şeir, esse, hekayələri dərc olunmuşdur. Orendaçılarla yanaşı, jurnal Təranə Dəmir, Mərcan Şahbuzlu, Habil Yaşar kimi yazarların da əsərlərinə yer ayırmışdır.

Çıxış edən natiqlər ümid ifadə etmişlər ki, "Zaman XXI" jurnalı Azərbaycan mətbuat aləmində prinsipcə yeni bir istiqaməti təmsil edəcək. Öz nəfis və müasir dizaynı ilə Azərbaycan mətbuatına bir yenilik gətirmiş "Zaman XXI" jurnalının ilk buraxılışı öz oxucularını sevindirmişdir.

"Zaman XXI" jurnalının hər buraxılışında maraqlı materiallar, yerli və dünya miqyaslı məşhur şəxslərlə müsahibələr dərc ediləcəkdir. Rubrikalarında ən son yeniliklərdən və trendlərdən xəbərdar olmağa imkan verəcəkdir.

Jurnalın yaradıcı kollektivi istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu seqmentdə mövcud olan başqa nəşrlərdən fərli bir məhsul yaratmağı qarşıya hədəf qoymuşdur.



BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB
BAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUBBAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUBBAKIDA “ZAMAN XXI” JURNALININ TƏQDİMATI OLUB


Şəhla Oktayqızı
Вернуться назад