Главная > Cəmiyyət / Gündəm > Bir vaxtlar “Əsgərə salam” verən Amil Xəlil indi niyə şəhid ailəsini ziyarət etmir?

Bir vaxtlar “Əsgərə salam” verən Amil Xəlil indi niyə şəhid ailəsini ziyarət etmir?


24-05-2023, 10:15. Разместил: Xuraman Quliyeva
Bir vaxtlar “Əsgərə salam” verən Amil Xəlil indi niyə şəhid ailəsini ziyarət etmir?
Space Tv-də yayımlanan "Gəl, dərdini danış" sosial-kriminal layihəsinin müəllifi, araşdırmaçı jurnalist Amil Xəlildən şikayət var. Vətəndaş Həziyev Rövşən Sevindik oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciətində bildirir ki, bu il yanvarın 2-də Beyləqan rayonunun Mil Üzümçülük qəsəbəsində şəhid Vasif Quliyevin ildönümü qeyd olunub. Rövşən yazır ki, Amil Xəlilə öncə dəfələrlə müraciət edərək şəhidin ildönümünə dəvət edib. Sonuncu müraciəti 2022-ci il dekabr ayının 25-26-na təsadüf edib. Lakin Amil Xəlil onu aldadıb, sonda deyib ki, ildönümü bayram günlərinə düşdüyü üçün iştirak edə və çəkiliş apara bilməyəcək.

Xatırladaq ki, Amil Xəlil dəfələrlə çıxışlarında vətənpərvərliyi ilə öyünüb. Məsələn, yerlərdə “Qarabağ”, “Ağdam” adları daşıyan pritonların fəaliyyətinin dayandırılmasına nail olduğunu deyib. Müəllifi olduğu "Yuxuda Gələn Şəhadət" sənədli filmində şəhid anaları övladlarının şəhidlik zirvəsinə ucalmasını yuxularında görüb və bunu tamaşaçılarla paylaşıblar. "Əsgərə Salam" verilişi “Vətən müharibəsi” zamanı və Zəfər günündə canlı olaraq yayımlanıb. 3 saat ərzində əsgər yaxınları öz doğmalarına “Salam” və dualarını çatdırmaq şansı əldə edib.

Bəs elə isə indi nə oldu? Şəhidlərin xatirəsi köhnəldimi?

“Korrupsiya və Qanun”
Вернуться назад