Главная > Cəmiyyət / Gündəm > Bakı məktəblərində formaların seçimi təsdiq olundu
Bakı məktəblərində formaların seçimi təsdiq olundu11-09-2023, 12:03. Разместил: Xuraman Quliyeva |
![]() “Bakı məktəblərində pedaqoji şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub”. “Trend”in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və idarə burada kommunikasiyaedici tərəfdir. “Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-intizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq”, - deyə o əlavə edib. Вернуться назад |