Главная > Cəmiyyət / Gündəm > Astarada çay daşıb, bir neçə körpünü sel aparıb
Astarada çay daşıb, bir neçə körpünü sel aparıb18-09-2023, 09:59. Разместил: Xuraman Quliyeva |
![]() Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub. Cənub büromuzun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib. Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib. Hazırda bölgədə intensiv yağış davam edir. Вернуться назад |