Главная > Cəmiyyət / Gündəm > Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular
Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular19-09-2023, 10:44. Разместил: Xuraman Quliyeva |
![]() Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |