Главная > Cəmiyyət > Əfv Komissiyası daha 100 müraciətə baxacaq
Əfv Komissiyası daha 100 müraciətə baxacaq9-03-2017, 12:22. Разместил: Xuraman Quliyeva |
![]() Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının martın 10-da keçirilməsi gözlənilir. Bu barədə AzVision.az-a komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, sabah keçirilməsi gözlənilən iclasda daha 100 müraciətə baxılması gözlənilir. Ə.Nuriyev bildirib ki, Komissiyanın indiyə qədər keçirilən iclaslarında 700-dən artıq müraciətə baxılaraq, müvafiq rəy verilib. Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir. Вернуться назад |