Главная > Cəmiyyət > "MTN" qisas alır - Oğulları nahaqdan həbs olunan ədliyyə polkovniki son ümid kimi prezidentə üz tutdu

"MTN" qisas alır - Oğulları nahaqdan həbs olunan ədliyyə polkovniki son ümid kimi prezidentə üz tutdu


24-01-2019, 16:58. Разместил: Xuraman Quliyeva
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müxtəlif vəzifəli şəxslərinin mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar işlədikləri qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq, hakimiyyətdən və qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq tamah məqsədilə və digər şəxsi maraqlarına görə əmlakını hədə-qorxu, şantaj etmə yolu ilə əldə etdikləri, həmçinin qanunsuz azadlıqdan məhrum etmək yolu ilə külli miqdarda pul vəsaitlərini əllərindən alaraq müflis etdikləri vətəndaşlar arasında hazırda həbsdə olan, məhkəmələri necə deyərlər, "acı bağırsaq kimi uzanan" Sadıxov Xalıq və Fariz qardaşları da vardır. Qardaşların bəxti onda gətirməyib ki, barəsində şikayət etdikləri yüksək vəzifəli MTN əməkdaşlarının bəziləri hələ də məsuliyyətə cəlb olunmayıblar və onlar cinayət təqibi orqanlarındakı və məhkəmə sistemindəki dostlarının əli ilə şikayətçilərdən qisas alırlar.
Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi - 109 ünvanda qeydiyyatda olan, ədliyyə polkovnik-leytenantı Sadıxov Faiz Xalıq oğlu redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı Açıq Ərizənin qəzetimizdə dərc olunmasını xahiş etmişdir.

Korrupsiya və qanun
Вернуться назад