Главная > Cəmiyyət > Dayanacağı olan avtobusların dayanacaq problemi - VİDEO

Dayanacağı olan avtobusların dayanacaq problemi - VİDEO


10-01-2019, 17:10. Разместил: Xuraman Quliyeva
Dayanacağı olan avtobusların dayanacaq problemi - VİDEO


Yasamal rayonunun mərkəzi yollarından olan A.M.Şərifzadə küçəsi, 3 sayılı “ASAN xidmət”in yaxınlığında avtobus dayanacağı var.
Korrupsiya-q.az ARB TV-yə istinadən xəbər verir ki, uzun müddətdir nişanı qoyulan dayanacaqdan sanki təkcə avtobus sürücüləri xəbərdardır.
Üç zolaqlı yolun, demək olar ki, yarı hissəsini minik avtomobilləri tutur. Avtobusun ərazidə saxlaması ilə burada yaranan mənzərəni təsəvvür etmək çətin deyil.
Yoldakı qəza mənzərəsini görmək üçün uzun-uzadı müşahidə aparmağa da ehtiyac yoxdur.
Vəziyyət dayanmalı olduğu yerdə dayana bilməyən avtobus sürücülərini də təngə gətirib.


Вернуться назад