Azərbaycan İdeyası

Koronavirus Azərbaycana böyük gəlir gətirə bilər

Tarix:6-03-2020, 11:21
Baxış Sayı:157


Rusiya və Ukraynanın Çinlə sərhədləri bağlaması azərbaycanlı sahibkarlar üçün yeni imkanlar açır
Çində koronavirus epidemiyasının sonrakı inkişafı Azərbaycanda mövsümi meyvə və tərəvəzin qiymətinin artımına səbəb ola bilər. İxracatın artması yerli bazarda qiymətlərin artmasına səbəb olacaq və sarımsaq xüsusilə riskli qrup siyahısındadır.
Son günlərdə yerli bazarlarda sarımsağın qiyməti beş dəfə artıb. Qiymətlər bir kiloqram üçün 3 manatdan 15 manata qədər dəyişir. Belə hesab etmək olar ki, yerli biznes Çindəki vəziyyətə belə reaksiya verib. Çin digər ölkələrin bazarlarına ən böyük sarımsaq ixrac edən ölkələrdəndir. Koronavirusun yayılması və bu yöndəki psixoloji amillər sarımsağın qıtlığına və qiymətinin qalxmasına səbəb olur. Azərbaycanda qiymət artımı, ehtimal ki, bu tərəvəzin daha sərfəli şərtlərlə ixrac edilməsi planları ilə əlaqələndirilir.
Çindən gələn kənd təsərrüfatı məhsullarının idxalının azaldılması yerli bazar və azərbaycanlıların cibləri üçün təhlükəlidir, çünki sarımsaqla bağlı vəziyyət digər yerli kənd təsərrüfatı məhsullarına da təsir edə bilər. Onun ölkədən kütləvi ixracı daxildə qiymətləri qaldıracaq və defisitə səbəb olacaq.
Bir faktı da diqqətə çatdıraq. Məlum olub ki, ötən ilin birinci rübündə bir il əvvəlki dövrlə müqayisədə ölkədən yeddi dəfə çox soğan ixrac olunub. Bundan əlavə, keçən il yazın sonu-yayın əvvəlində mövsümi tərəvəzlərin qeyri-real olaraq qiymətlərində yüksəlmə müşahidə edildi. Gözlənildiyi kimi, bu, əhali üçün dəqiq bir açıqlama demək deyildi.
Bu arada, belə bir vəziyyətin təkrarlanmasında risklər qonşu ölkələrin bazarlarındakı vəziyyətlə də əlaqələndirilir. Kənd təsərrüfatı məhsullarımızın əsas idxalçısı olan Rusiya Federasiyası Çin ilə ticarət əlaqələrinin müəyyən durğunluğu səbəbindən, artıq qiymət artımı problemi ilə üzləşib. Mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə Çində koronavirus epidemiyası fonunda ölkələr arasında ticarət azala bilər.
“İnterfaks” agentliyinin məlumatına görə, Çin ilə sərhədi bağladıqdan sonra Uzaq Şərqdə tərəvəzin qiyməti 1,5-2 dəfə artıb. Lazım gələrsə, ortaya çıxan boşluğu MDB ölkələri və digər mənbələr əvəz edə bilər. Sözsüz ki, kənd təsərrüfatı məhsullarının ixracında ixtisaslaşmış Azərbaycan sahibkarları bu fürsəti qaçırmamalıdırlar.
Çin Rusiyaya ən böyük məhsul tədarükçülərindən biridir. “Rusprodsoyuz” şirkətinin məlumatına görə, Çin Rusiyaya tərəvəz (pomidor, xiyar, badımcan), alma, sitrus meyvələri, dəniz məhsulları, həmçinin sarımsaq və soğan tədarükündə liderdir. Federal Gömrük Xidmətinin (FGX) məlumatına görə isə, yalnız 2019-cu ilin III rübündə Çindən Rusiya Federasiyasına 23 min tona yaxın sarımsaq, 12 min tona yaxın tərəvəz, 11 min tondan çox sitrus meyvəsi gətirilib.
Bundan əlavə, fındıq və meyvələr, qəhvə və çay Çindən fəal şəkildə idxal edilib. Rusiyaya sarımsaq idxalının 80%-i Çinin payına düşür. Praktikada bu, o deməkdir ki, Çin tədarükündə fasilələr olduqda, ixracatçılarımız bu fürsətdən maksimum yararlanmağa və oradakı boş yerləri doldurmağa çalışacaqlar.
“Rusprodsoyuz” şirkətinin rəhbəri Dmitri Vostrikovun bu yaxınlarda dediyi kimi, “Rusiya pərakəndə satış şəbəkələrində sarımsaq çatışmazlığı yaşamır, lakin tədarükün pozulması halında digər ölkələrin idxalı ilə əvəz edilə bilər”. Bildirilir ki, Misir, Özbəkistan və ən əsası, keçən il ümumi idxalda öz payını artıran Azərbaycan qismən Çin sarımsağını əvəz edə bilər. Bundan əlavə, Çin, son zamanlar isə İran Ukrayna bazarına ən böyük sarımsaq tədarükçüləridir. Ukraynanın hələ sarımsağı sənaye üsulla böyütməsini nəzərə alsaq, tədarüklərdən asılılıq artır. Azərbaycan biznesi artıq öz mövqeyini möhkəmləndirməyə hazırlaşır.
Qeyd edək ki, fevral ayında koronavirusa qarşı təsirli bir vasitənin - sarımsağın “kəşf olunması” da bu qida növünə marağı xeyli artırdı. Yeri gəlmişkən, Çin bu tərəvəzin nəinki Rusiya və Ukraynaya əsas tədarükçüsüdür, dünyada satılan bütün sarımsağın 80%-i bu ölkənin payına düşür...

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU