Azərbaycan İdeyası

Rusiya `qara qutu`nu açdı, hamı 21 dekabrı gözləyir

Tarix:18-12-2015, 15:18
Baxış Sayı:370




Türkiyə tərəfindən vurulan `Su-24` tipli rus təyyarəsinin `qara qutu`sunun açılması ilə bağlı ilkin məlumatlar dekabrın 21-də ictimaiyyətə təqdim ediləcək.
"Bu barədə Korrupsiya və Qanun" saytı `RİA Novosti`-yə istinadən xəbər verir.
“Sabah, dekabrın 19-u informasiyanın analizi və işlənməsi üzrə işlər həyata keçiriləcək. Bu işlərin yekunlaşmasından sonra bazar ertəsi əldə olunan məlumatlar barədə ictimaiyyət məlumat veriləcək”, - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.
O, həmçinin qeyd edib ki, bu gün bərk informasiya daşıyıcısının qurğudan çıxardılması və onun texnoloji stendə montajı üzrə işlər aparılacaq.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb