Azərbaycan İdeyası

Minasyan Paşinyanın planını İFŞA ETDİ: “Hər şeydə Rusiya günahkardır”

Tarix:15-01-2021, 13:40
Baxış Sayı:65


Korrupsiya-q.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Paşinyan Moskva görüşündən 1 həftə əvvəl qələmə aldığı məqalədə, əslində, Ermənistanın strateji müttəfiqini ölkənin milli maraqlarına məhəl qoymamaqda günahlandırır: “Rusiyanın Qarabağla bağlı təkliflərinin ermənilər üçün vacib olan status məsələsini ehtiva etmədiyini iddia edir. Bütün bunların yalan olduğuna, bu cür böhtanın beynəlxalq münasibətlərdə ciddi şəkildə cəzalandırıldığına və yalanlarından bir daha təkcə ölkəmizin deyil, həyati maraqlarımızın da zərər görəcəyinə əhəmiyyət vermir. Danışıqların uğursuzluğunda günahkar olan Rusiya “feysbuk analitikləri” və Soros fəalları üçün çox əlverişli hədəfdir”.
Minasyan bildirib ki, rəsmi şəkildə təkzib olunan Nikolun yalanı bir daha Ermənistanın beynəlxalq imicinə zərbə vurub. O, qarşısına iki hədəf qoyur: əvvəlcə Rusiyanı əsas günahkar halına gətirərək “anti-Nikolizm”i rusofobiya ilə əvəz etməyə çalışır. İkincisi, ermənilər və Ermənistan üçün son fəlakəti ehtiva edən geosiyasi manevrlərə zəmin hazırlayır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən məqaləsində Rusiyanın 2015-ci ildə Qarabağla bağlı “5 + 2” düsturuna əsasən 7 bölgənin Azərbaycana qaytarılması, qaçqınların geri qayıtması və rus sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan təkliflər paketinin olduğunu, burada Dağlıq Qarabağın statusuna dair maddənin yer almadığını yazmışdı. (publika.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO