Azərbaycan İdeyası

Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur

Tarix:23-12-2015, 18:00
Baxış Sayı:371

Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur




Çerkizov bazarının sabiq sahibi, müflis elan olunmuş azərbaycanlı biznesmen Telman İsmayılovun daimi iş və gəlir yeri yoxdur.
Bu barədə Moskva Arbitraj Məhkəməsinin bu gün qəbul etdiyi qərarda bildirilir.
“Müflisləşmə haqda ərizənin baxılması anında borclunun aşağıda göstərilən əmlakı qeydə alınıb: 13,9 milyon rubl məbləğində kadastr dəyəri olan torpaq sahəsi (Moskva vilayəti, Odintsovo rayonu, Skolkovo kəndi); nağd pul vəsaitləri - 25 min rubl; kredit müəssələrində vəsaitlər - 88,79 rubl və 28,77 dollar”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, məhkəmə dekabrın 21-də vətəndaş Boris Zubkovun İsmayılovun müflis olmasına dair bəyanatını əsaslandırılmış hesab edib. Buna müvafiq olaraq məhkəmə borclu olan şəxsə qarşı restrukturizasiya prosesini tətbiq edib.
Qeyd edilir ki, Zubkovun iddiası məhkəməyə noyabrda daxil olub, bu işin çərçivəsində İsmayılov özü müflis olma proseduruna başlamaq bəyanatı verib.
Vətəndaş Zubkova olan borcun məbləği dəqiqləşdirilmir. İsmayılovun Moskva bankına borcunun məbləği 213 milyon dollardan ibarətdir.
Daha öncə Çerkizov bazarının sabiq sahibi, Forbes-in versiyasına görə, milyarder Telman İsmayılov Moskva vilayətinin Arbitraj məhkəməsinə müflis olmasına dair müraciət edib.
Məhkəmə müraciətin baxılmasını dayandırıb, belə ki, İsmayılov müflis olması haqqında müraciəti qanunun tələblərini pozaraq edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO