Azərbaycan İdeyası

​Suriyada 50 mindən çox türkmən aclıqla üz-üzə qalıb - FOTO

Tarix:27-01-2016, 16:01
Baxış Sayı:384

​Suriyada 50 mindən çox türkmən aclıqla üz-üzə qalıb - FOTO


Suriyanın Humus şəhəri ətrafındakı 6 rayonun 50 mindən çox türkmən sakini aclıq təhlükəsi ilə üz-üzədir.
"Korrupsiya və Qanun" saytı "Report" istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiya qırıcılarının bombardmanları, Bəşşar Əsəd rejimi, Livan "Hizbullah"ı və İran silahlılarının basqınları nəticəsində öz yurdlarından didərgin düşən türkmənlər Livandakı qaçqın düşərgələrinə yerləşdirilsələr də, sağ qalmaq uğrunda mübarizə aparırlar.
Humus yaxınlığındakı türkmənlərin yaşadığı Harbe Nefse, Fınlık, Akrabe, Burc Kai, Semalil, Kıffiyn və Huma yaşayış məntəqələrinə iki aydır bütün giriş-çıxış yolları bağlanıb. Həmin bölgələrdə ərzaq məhsulları, dərman preparatları tükənib, xəstəxana fəaliyyət göstərmir.
Humusda 2011-ci ildə başlayan savaşdan öncə 400 min türkmən yaşayırdı.
Yerli türkmənlər bildirib ki, güzəranları yaxın günlərdə Yermuk və Madayadakı insanların durumundan da çətin olacaq.
Qeyd edək ki, Yermuk və Madayanın yollarını Bəşşar Əsəd, "Hizbullah" və İran silahlıları bağladığından, həmin bölgələrə humanitar yardımın aparılması mümkün deyildi. Oranın əhalisi aclıqla üz-üzə qalmışdı.
Suriya Türkmən Cəbhəsinin komandirlərindən Firas Paşa bildirib ki, ölkədəki 3,5 milyondan çox türkmən çətin vəziyyətdədir Onun sözlərinə görə, türkmənlər Rusiya, Bəşşar Əsəd, "Hizbullah", İŞİD və kürd silahlıları tərəfindən soyqırıma məruz qalırlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub