Azərbaycan İdeyası

Britaniya Ermənistana silah satmasını yalanladı

Tarix:2-02-2016, 15:28
Baxış Sayı:380

Britaniya Ermənistana silah satmasını yalanladı





Birləşmiş Krallıq ATƏT-in Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmağı qadağan edən mövqeyini qəti şəkildə dəstəkləyir”.
Bu barədə "Korrupsiya və Qanun" saytı AzVision.az a stinadən bildirir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumatda Britaniya hökumətinin Ermənistanda heç bir müəssisə və ya şəxsə silah satmadığı qeyd olunur: “Biz yalnız o barədə bilirik ki, iki şəxsi tüfəng Birləşmiş Krallıqdan qanuni şəkildə başqa ölkəyə ixrac edilib, daha sonra bizim məlumatımız və razılığımız olmadan həmin silahlar üçüncü tərəf vasitəsi ilə Ermənistana ixrac edilib. Britaniyada istənilən tərəfin Ermənistana çoxlu sayda qadağan olunmuş Britaniya silahlarının satılmasını göstərən heç bir sübutumuz yoxdur. Əgər Ermənistana Britaniya silahlarının satışı ilə bağlı güclü sübut varsa, bu barədə Birləşmiş Krallıq hökumətinə məlumat verilə bilər və biz bunu dərhal araşdıracağıq. Bu cür silahların satılması barədə əsassız spekulyasiyalar mühüm Azərbaycan- Birləşmiş Krallıq münasibətləri üçün faydalı deyil və bu münasibətləri zədələyir” .
Xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare .338 LM” snayper tüfənglərdən istifadə etməsinin əks etdirən məlumatlar yer alıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb