Azərbaycan İdeyası

AMAY rəhbərinin məhkəməsi davam etdirilib

Tarix:5-03-2015, 15:31
Baxış Sayı:512

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və başqa əməllərdə təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, prosesdə Abdulla Abdullayevə qarşı 2 milyon manatlıq mülki iddianın qaldırılması məsələsi ilə bağlı çıxışlar olub.

Məhkəmədə zərərçəkən şəxs qismində çıxış edən Orxan Cəfərov deyib ki, nənəsi Minarə Quliyeva 2003-cü ildə torpaq sahəsi alıb: "Torpağı aldıqdan bir müddət sonra Xudafərin MMC tərəfindən həmin ərazi zəbt edildi deyir. Məhkəmələr də onları haqlı saydı. Nənəm 2011-ci ildə rəhmətə getdi. Mən də onun hüquqi varisi kimi ifadə vermişəm".
Bundan sonra A.Abdullayevin vəkili Əkbər Bağırov çıxış edərək O.Cəfərovun dediklərinin əsassız olduğunu deyib: "Bu şəxsin hüquqi varis olmasını heç bir sənət sübut etmir. Həmin şəxsi mülki iddiası rədd edilməlidir və zərərçəkmiş şəxs statusuna xitam verilməlidir".
Daha sonra Abdulla Abdullayev Orxan Cəfərovun iddiasına münasibət bildirib: "Başa düşmürəm. Mən gərək onda nə qədər adama mülki iddia qaldıram. Ev tikmişəm. O qədər xahiş edən olub ki, pulumuz yoxdur, ev ver, olanda verəcəyik. İndiyə qədər 1 manat verməyiblər, amma ev sahibidirlər. Gərək indi hamısını məhkəməyə verək?”
Dövlət ittihamçısı çıxış edərək, Orxan Cəforovun iddiasının qəbul edilməsini məhkəmədən istəyib. O, Orxan Cəfərovun zərərçəkmiş şəxs statusundan çıxarılmasına heç bir əsas olmadığını qeyd edib.

A.Abdullayevin vəkilləri prokurora etiraz edib.

Daha sonra Abdulla Abdullayev çıxış edərək AMAY-ı necə tikməsindən danışıb və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib: "2004-cü ildə mən mən hər şeyimi satdım ki, AMAY-ı tikim. Mən tikinti başlayanda cəmi 800 dollar pulum vardı. Allah rəhmət eləsin Rauf Dektaşa (Şimali Kipr Türk Cumhuriyyətinin mərhum prezidenti S.E) Zəng eləyib dedim ki, Rauf müəllim mənim pula ehtiyacım var. Xahiş etdim ki, oradakı zavodun pulu ilə bağlı köməklik göstərin. O, da bu məsələ ilə bağlı oğlu ilə əlaqə saxlamağımı bildirdi. Sabahısı günü zavodun pulu gəlib çatdı. Mən ticarət mərkəzini o pulla tikdim”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.