Azərbaycan İdeyası

Girov götürənlərlə danışıqlar davam edir

Tarix:18-07-2016, 13:20
Baxış Sayı:364

Girov götürənlərlə danışıqlar davam edir
Ermənistan hakimiyyəti «Təsisedici Parlament» hərəkatının fəalları ilə danışıqları davam etdirir. Fəallar iyulun 17-də səhər Yerevanda polis məntəqəsinə basqın edərək girov götürüblər.

Ermənistan polisinin müavini Unan Poqosyanın sözlərinə görə, onlar fəalları tələblərindən əl çəkmək üçün dilə tuturlar.

Hərəkat ötən ay hakimiyyəti zorla devirməkdə təqsirləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edir, onu və bir neçə silahdaşını siyasi məhbus sayırlar.

Pogosyan deyib ki, polis hücumçuları neytrallaşdıra bilər, amma münaqişənin dinc yolla həlli varsa, danışıqlar aparmaq lazımdır.

Bazar günü Yerevanda müxalifətin onlarla tərəfdarının saxlanması xəbəri gəlib. “Azadlıq” meydanında “Qalx, Ermənistan” vətəndaş təşəbbüsünün üç fəalı saxlanıb: Andrias Gukasian, David Sanasarian və David Ovannisian. Daha bir neçə fəal, eləcə də yaşlı bir neçə nəfər polisə aparılıb. Onlar meydana müxalifətin çağırışına cavab olaraq çıxıblar.

Müxalifətin “İrs” partiyasından olan deputat Zarui Postanjyan polisin hərəkətlərini qanunsuz adlandırıb.

İyulun 17-də səhər bir qrup silahlı Erebunidə polis qərargahına hücum edib. Bir polis polkovniki öldürülüb, 4 nəfər yaralanıb.

«Təsisedici Parlament»in fəalları içində Dağlıq Qarabağ müharibəsinin fəalları var. Bu hərəkat Prezident Serj Sarkisian-ın istefasını tələb edir və hakimiyyətin Qarabağ siyasətini kəskin tənqid edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı