Azərbaycan İdeyası

300 min insan məhv olacaq - VİDEO - FOTO

Tarix:29-07-2016, 21:51
Baxış Sayı:498

300 min insan məhv olacaq - VİDEO - FOTO
Üç yüz mindən çox vətəndaşın ölüm-dirim mübarizəsi verdiyi Suriyanın ən böyük şəhərlərindən olan Hələbdə bütün ərzaq anbarları tükənib.

Criminal.az publika.az-a istinadən bildirir ki, iyirmi gündən çoxdur çörək, su və tibbi yardımlar daxil olmayan şəhərdəki yüz minlərlə insanı böyük bir fəlakət gözləyir. Şəhər hazırda tamamilə mühasirə vəziyyətindədir.

Hazırda şəhərdə Rusiya və Suriya hava qüvvələrinin bombardmanları davam edir. Mühasirəni və gözlənilən prosesləri şərh edən Suriya Müxalif və İnqilabi Güclər Koalisiyasının başçısı Enes Abdi yüz minlərlə insanın dünyanın gözü qarşısında fəlakətə məhkum edildiyini deyib. "Hələb həmişə inqilabın lokomotivi oldu. Türkiyədə hərbi çevrilişə cəhd edildiyi günlərdə bütün gücləri bu əhəmiyyətli mərkəzin ələ keçirilməsi üçün hücuma başladılar.

Şeken Şebabi, Leyramon və Beni Zeyd bölgələrini ələ keçirən rejim Handaratda yerləşən güclərlə əlaqəni təmin edərək şəhəri tamamilə mühasirə altına alıb. İyirmi gündən çoxdur ki, Kastillo dəhlizi təhlükəli olduğu üçün şəhərə yardım edilmir. Şəhər mərkəzinin hələ də 55 faizlik hissəsi müxalifətdədir və burada 50 min ailə yaşayır. Anbarlarda ərzaq tükənib və həyati əhəmiyyət daşıyan istehlak məhsulları astronomik qiymətlərə satılmağa başlanıb", - o, deyib.

Abdi Hələbin qətliamın ən qorxunc nəticələrinə səhnə olacağını vurğulayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO