Azərbaycan İdeyası

Qaçqın ailəsində faciə: zorlanan 9 aylıq körpəsi öldü

Tarix:25-08-2016, 11:10
Baxış Sayı:611

Qaçqın ailəsində faciə: zorlanan 9 aylıq körpəsi öldü
Türkiyənin Qaziantep şəhərində təcavüzə məruz qalmış 9 aylıq körpə, hadisədən 5 gün sonra daxili qanaxma səbəbindən həyatını itirib. Tarlada çalışan anası 9 aylıq qızına təcavüz edən şəxsi görmədiyini deyib. 9 aylıq körpə bu gün müalicə aldığı xəstəxanada arxasında insanlıq üçün böyük bir utanc qoyaraq dünyasını dəyişib.

Xatırladaq ki, hadisə vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin başına gəlmişdi. 5 gün öncə Qaziantepdə tarlada işə başlayan suriyalı qadın, körpəsini çadıra qoyaraq bir neçə metr oradan uzaqlaşıb. Ana geri döndüyündə şok yaşayıb. Ailə körpənin təcavüzə məruz qaldığını görərək dərhal İslahiye Dövlət xəstəxanasına üz tutublar. Hadisəni ilk olaraq "BirGün" qəzetinin müxbiri Hüseyn Şimşek sosial şəbəkələrdə paylaşıb.

Məlumat yayıldıqdan sonra məsələ böyüyüb. Jurnalist isə təhqir və təhdidlərlə üzləşib. Qatı dindar olduğu iddia edilən bəzi şəxslər onu qiyamçı, araqarışdıran, qələmi olan terrorçu adlandıraraq jurnalisti hədələyiblər. Polis və jandarma körpəyə təcavüz edən şəxsi hələ də axtarır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb