Azərbaycan İdeyası

Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğradı — 37 ölü - VİDEO + YENİLƏNİB

Tarix:16-01-2017, 12:25
Baxış Sayı:362

Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğradı — 37 ölü - VİDEO + YENİLƏNİB

Təyyarə qəzasında ölənlərin sayı 37-ə çatdı. Dəhşətli qəzada 4 nəfər təyyarə ekipajı, 6 nəfər azyaşlı və 27 nəfər də mülki vətəndaş həlak olub.
Qırğızıstanın hava sahəsində radarlardan itən Türkiyə karqo təyyarəsi Bişkekdə binaların üstünə çırpılıb.
Verilən xəbərə görə, Qırğızıstanın prezidenti Almazbek Atambayev Çinə rəsmi səfərini təxirə salaraq paytaxta qayıdıb. Ölkədə 1 günlük matəm elan edilib.
İlkin ehtimala görə, təyyarə əlverişsiz hava şəraitinə görə qəzaya uğrayıb. İstintaq qrupu araşdırmalara başlayıb.

***

Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.
Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edib.
Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.

***

"Türk Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni detallar üzə çıxıb.
Korrupsiya və Qanun saytı xəbər verir ki, təyyarə Manas Hava Limanına eniş edərkən yaxınlıqdakı evlərin üstünə düşüb.
Son məlumatlara görə, təyyarədə olan 4 ekipaj üzvü ölüb. Ümumilikdə 32 nəfərin öldüyü qəza ilə bağlı araşdırmalar davam etdirilir.

***

Qırğızıstanda “Türk Hava Yolları” aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində azı 33 nəfər ölüb.
Verilən xəbərə görə, qəza təyyarə eniş edərkən baş verib.
İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-
Bişkək marşrutu üzrə uçduğu bildirilir.




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO