Azərbaycan İdeyası

Rusiyada “Eldar Mahmudov” vaqiəsi

Tarix:8-02-2017, 14:00
Baxış Sayı:671

  Rusiyada “Eldar Mahmudov” vaqiəsi

FTX-nin bir qrup zabiti Kremlə qarşı işləyən haker qrupunu himayə edirmiş
Rusiyanın hakerləri vasitəsilə Qərbin siyasi, iqtisadi, sosial dayaqlarına zərbə vurduğu hər kəsə məlumdur.
Rus hakerlər ABŞ-dakı seçkilərə müdaxilə etməklə, Demokrat partiyasının hesablarını ələ keçirməklə ABŞ-ın təhlükəsizlik sisteminə meydan oxumağı belə bacarıblar.
Lakin bu yaxınlarda Rusiya dövlətinin öz başına bəla olan xüsusi haker qrupu aşkar edilib.
Bu xəbər Rusiya dövlət strukturlarını və ictimaiyyəti əməlli-başlı çalxalayıb.
Məsələ burasındadır ki, həmin haker qrupu dövlətin xüsusi xidmət orqanlarında çalışan şəxslər tərəfindən himayə edilib.
Bu qrup özünü “Anonim internasional” və ya digər adla “Şaltay-Boltay” adlandırıb.
Картинки по запросу шалтай-болтай putin 2014 noviy god
Qrup, sırasında baş nazir Dmitri Medvedev olmaqla hökumət üzvlərinin, deputatların və qubernatorların, habelə bir sıra nəhəng şirkət rəhbərlərinin şəxsi akkauntlarında olan hesablarını, daxili istifadə üçün nəzərdə tutulan sənədləri, poçt yazışmalarını ələ keçirərək pulla satılması ilə məşğul olub. Fəaliyyət göstərdiyi 15 ay ərzində “Şaltay-Boltay” Rusiya siyasətçiləri, dövlət məmurları və iş adamlarına aid materialların 75 dəfə internetdə yayılmasına nail olublar.
Qrup hətta Rusiya prezidenti Vldimir Putinin 2014-cü il Yeni il qabağı nitq mətnini Ruisya prezidenti çıxış etməzdən bir neçə saat əvvəl internetə yerləşdirməyi bacarıb.
Картинки по запросу евгений пригожин конкорд
Haker qrupu ələ keçirilən materialları pulsuz yaysa da, sonradan onları Joker.buzz internet birjasından satışa çıxarıblar. 2016-cı ilin payızına qədər qrup bazarda 2 milyon dəyərində satış həyata keçirib.
Qrupun yaydığı sənədlərdə Rusiya hakimiyyətinn həm dövlət strukturları , həm də müxtəlif özəl şirkətlər vasitəsilə media qurumlarına, siyasi təşkilatlara müxtəlif metod və vasitələrlə təzyiq və təsir göstərməsi ilə əlaqədar ifşaedici materiallar yer alıb.
2014-cü ilin mayında qrup “Konkord” adlı qida firmasının lobbiçiliyini həyata keçirən bir neçə dövlət məmurunun məktubunu yayıb. Məlum olub ki, firmanın sahibi Yevgeni Priqojin əslində aktiv siyasətlə məşğul imiş və onun tərəfindən yaradılan “İnternet araşdırmaları agentliyi” Rusiya müxalifətçilərinə və müxalifyönlü mətbuatın izlənilməsi və orada təxribatların təşkil edilməsini həyata keçirib.
Картинки по запросу тимур прокопенко medvedev
Haker qrupu 2015-ci ilin martında Rusiya prezident administrasiyasının daxili siyasət idarəsinin rəis müavini Timur Prokopenkoya aid sms yazışmalarını ələ keçirib. Həmin yazışmalarda Prokopenko bir çox tanınmış media orqanlarına, o cümlədən, gazeta.ru, lenta.ru, rosbalt, RBK kimi saytlara onların redaksiyaları vasitəsilə təsir göstərmək, “Roskomnadzor” rəhbərliyi ilə prezident administrasiyasının siyasətinə uğun olmayan sayt və xəbərlərin blok edilməsi ilə bağlı təlimatları yer alıb.
Картинки по запросу dmitry kiselyov
Timur Prokopenko
2016-cı ilin aprelində isə hakerlər məşhur teleaparıcı Dmitri Kiselyovun iki poçt hesabını və WhatsApp yazışmalarını yayıblar. Ümumi həcmi 11 gb-dan yuxarı olan materiallarda jurnalistin maliyyə hesabları və aktivləri göstərilib.
Həmin materiallarda ən maraqlı məqam jurnalistin öz həyat yoldaşı Mariya üçün aldığı hazır dissertasiya işi və ona əlavə olunan elmi məqalələrlə bağlı sövdələşmələrin yer almasıdır.
Картинки по запросу vladimir anikeyevv
Dmitri Kiselyov
Hər halda, görünür, qrupun ifşaedici fəaliyyəti Rusiya rəhbərliyinin səbrini daşırıb.
2016-cı ilin oktyabrınıda qrupun təşkilatçısı hesab olunan”Lyuis” ləqəbli jurnalist Vladimir Anikeyev həbs olunub. Bunun üçün Rusiya xüsusi xidmət orqanları hələ SSRİ dövründən təbiq olunan metodlardan istifadə ediblər.
Rusiya əks-kəşfiyyat xidməti bunun üçün yaratdığı kiberxunta saytında “Lyuis”in Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun Ukrayna ilə bağlı bir sıra yazışmalarının əks olunduğu materialı yerləşdirib.

Картинки по запросу konstantin teplyakov shaltay boltay
Bunun üçün Ukraynadan gələn Vladmir Anikeyev Peterburq aeroportunda həbs olunub.
Xüsusi xidmət orqanları qrupun qalan üzvlərini Konstantin Teplyakov və Aleksandr Filimonovu Anikeyevin Taylandda istifadə etdiyi telefonu vasitəsilə tapıblar.
Teplyakov “Martovskiy zayats” və Filimonov isə “Şlyapnik” psevdonimləri altında fəaliyyət göstəriblər. Bundan başqa, hər iki hakerin Taylandda "Q Property" adlı daşınmaz əmlakla məşğul olan rəsmi biznesləri də olub.
Konstantin-Teplyakov
Britaniyanın “Financial Times” qəzetinin əməkdaşları qrupun azadlıqda qalan son üzvü Aleksandr adlı şəxslə görüşüb. Həmin şəxs hazırda Estoniyada siyasi sığınacaq almaq istədiyini söyləyib.
Aleksandrın sözlərinə görə, onu qrupa Anikeyev cəlb edib. Haker Putinin siyasəti ilə razılaşmadığı üçün qrupa qoşulduğunu dilə gətirib.
Aleksandr Rusiyanın Krımı və Şərqi Ukraynanın bir hissəsinin işğalı ilə əlaqədar bağlantılarının, habelə internet ordusunun həyata keçirdiyi yazışmaların “Şaltay-Boltay” qrupu tərəfindən ələ keçirildiyini bildirib.
Aleksandr özü həbsdən möcüzə ilə qurtulduğunu söyləyib. Belə ki, həbs olunan Anikeyev onu və qrupun digər üzvü Konstantin Teplyakovu Moskvaya çağırıb. O, Minskdən Rusiyaya hərəkət edərkən həbs olunduğunu , lakin FTX-dəki himayədarları tərəfindən 3 gün sonra azad edildiyini bildirib.
Azadlıqda olduğunu sübut etmək üçün Anikeyev hətta selfi və bir kafedə ödədiyi çekin şəklini paylaşıb.
Слева направо: замглавы Центра информационной безопасности ФСБ Сергей Михайлов, майор Дмитрий Докучаев, топ-менеджер «Лаборатории Касперского» Руслан Стоянов и журналист Владимир Аникеев.
Anikyevin davranışlarından şübhələnən Aleksandr Konstantin Teplyakovdan fərqli olaraq görüşə getməyib, nəticədə Rusiya FTX-sinn əlində düşməkdən canın qurtarıb.
Anikeyev öz ifadələrində bir sıra maraqlı faktların üstünü açıb. Onun söylədiyinə görə, qrup Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən himayə edilirmiş.
Anikeyev öz ifadəsində Federal Təhülkəsizlik Xidmətinin informasiya təhlükəsizliyi mərkəzinin əməkdaşı Sergey Mixaylovun adını çəkib.
2016-cı ilin dekabrında Sergey Mixaylov və onun sağ əli, informasiya təhlükəsizliyi mərkəzinin digər əməkdaşı, “Forb” ləqəbli məşhur haker Dmitri Dokuçayev həbs olunub.
Bundan başqa, Rusiyanın “Kasperski laboratoriyası” şirkətinin kompüter insidentlərinin araşdırılması şöbəsinin müdiri Ruslan Stoyanov da həbs olunanlar arasındadır.
Слева направо: замглавы Центра информационной безопасности ФСБ Сергей Михайлов, майор Дмитрий Докучаев, топ-менеджер «Лаборатории Касперского» Руслан Стоянов и журналист Владимир Аникеев.
Soldan sağa- Sergey Mixaylov, mayor Dmitri Dokuçayev, Ruslan Stoyanov və Vladimir Anikyev
Mixaylov, Dokuçayev və Stoyanovla bağlı cinayət işində vətənə xəyanət maddəsi əlavə edilib.
Hazırda Rusiya mətbuatında Sergey Mixaylovun ABŞ xüsusi xidmət orqanları ilə əlaqələrinin aşkar edilməsi ilə bağlı yazılar dərc edilir.(musavat.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb