Azərbaycan İdeyası

Tramp Güləni Türkiyəyə verə bilər` - ABŞ səfiri

Tarix:20-02-2017, 17:39
Baxış Sayı:745


 Tramp Güləni Türkiyəyə verə bilər` - ABŞ səfiri
“Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən Türkiyəyə təhvil verilə bilər”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Avropa Birliyindəki yeni səfiri Ted Malloch “NTV”yə açıqlamasında deyib.
Səfir Gülənin Türkiyəyə ekstradisiyasının mümkün ola biləcəyini vurğulayıb: “Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı bütün məlumatlara malikik. ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Obama administrasiyasında lazımi addımlar atılmamışdı.
Bu təşkilatın Klinton Fondu ilə bağı olduğu ittihamları irəli sürülüb. Tramp rəhbərliyinin Fətullah Güləni ekstradisiya edəcəyini düşünürəm. Türkiyə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir” - deyə əlavə edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO