Azərbaycan İdeyası

Türkiyədə azərbaycanlı millət vəkilinə hücum oldu

Tarix:7-03-2017, 13:08
Baxış Sayı:839



Türkiyədə MHP İğdır millət vəkili, milliyətcə azərbaycan türkü olan Sinan Oğan Bahçeşehir universitetində çıxış edərkən hücuma məruz qalıb.
Korrupsiya və Qanun saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, MHP rəhbərliyi ilə neçə vaxtdır münaqişədə olan Sinan Oğan çıxışında Türkiyədə apreldə keçiriləcək referenduma çıxarılmış konstitusiya düzəlişləri barədə danışarkən zaldan bir nəfər gənc “Hərəkatın lideri Dövlət Baxçalıdır” deyərək ona hücum çəkib.Həmin şəxs Sinan Oğanı döyməyə çalışarkən təhlükəsizlik xidməti əməkdaşları onu zərərsizləşdirib. Sinan Oğan çıxışını Periscope-dən canlı yayımladığı üçün ona hücum anları da canlı yayımda göstərilib. İnsidentdən sonra Sinan Oğan yenidən kürsüyə qayıdıb. “Bu gənc arkadaşımızı aldadıb bura göndərənlər əslində partiyaya zərər verir”-deyib.
Sinan Oğan bir müddət əvvəl MHP-dən ixrac edilmişdi, lakin məhkəmə yoluyla yenidən partiyaya bərpa olunub. Ancaq onun partiyadan çıxarılması barədə yeni qərar qəbul ediləcəyi gözlənilir. Sinan Oğan Dövlət Baxçalını tənqid edir və MHP başqanı olmağa iddia edirdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO