Azərbaycan İdeyası

Petrosyanın 7 rayonu Azərbaycana qaytarmaq təklifi: Seçkiqabağı gediş, yoxsa..

Tarix:30-03-2017, 12:19
Baxış Sayı:291

 Petrosyanın 7 rayonu Azərbaycana qaytarmaq təklifi: Seçkiqabağı gediş, yoxsa..
.
Politoloq: “Bu şərtlər əsasında ətraf rayonları götürsək, Dağlıq Qarabağı de-yure də itirə bilərik...”
“Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır”. Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib (virtualaz.org). Vaxtaşırı Sərksyan iqtidarını Qarabağ məsələsi ilə bağlı ağıllı addımlar atmağa çağıran Ter-Petrosyan deyib ki, əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq.
Bəzi ekspertlərə görə, Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalına şəxsən rəhbərlik etmiş Ter-Petrosyan müharibədən bezmiş erməni xalqının səsini almaq üçün siyasi gediş edir. Politoloq Şahin Cəfərli Ter-Petrosyanın açıqlamasında prinsipial yenilik görmədiyini bildirdi: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları işğal etsə də, ilhaq etmək və ya Dağlıq Qarabağdakı separatçı qurumun tərkibinə qatmaq niyyətində olmayıb. Bu rayonları münaqişənin siyasi yolla həlli prosesində təsir ”rıçaqları" əldə etmək üçün ələ keçiriblər. Çox təəssüf ki, bu işğalın sayəsində erməni tərəfi nizamlanma prosesində, Dağlıq Qarabağın statusu məsələsində geniş manevr imkanları qazanıb. İşğalçı ölkə uzun illərdir bəyan edir ki, bu rayonları - Laçın dəhlizi istisna olmaqla - əlində saxlamaq fikrində deyil. Minsk Qrupunun həmsədrləri də həmin rayonların Azərbaycana qaytarılması məsələsində həmrəydir. Məntiqi sual çıxır ki, bəs belə olan halda rayonlar niyə bu günə qədər qaytarılmır? Cavab budur ki, Azərbaycan ona təklif olunan şərtlər əsasında rayonları təhvil almaq istəmir. Ermənilərin formulu budur: biz rayonları qaytarırıq, amma əvəzində Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini qəbul etməlidir. Həmsədrlər də əslində buna yaxın mövqedədir".
Ş.Cəfərli qeyd etdi ki, hazırda danışıqlarda Madrid prinsiplərinin adı çəkilməsə də, həll prosesinin, masaya qoyulan təkliflərin onurğasını əslində bu prinsiplər təşkil edir: “Madrid prinsiplərinə əsasən ətraf rayonlar Azərbaycana qaytarılır və Dağlıq Qarabağa müvəqqəti status verilir, əraziyə sülhməramlılar yeridilərək Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunur. Sonrakı mərhələdə isə yekun statusun Dağlıq Qarabağ ərazisində keçiriləcək referendum vasitəsilə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan tədricən, yumşaq şəkildə de-yure qopması anlamına gələn bir yoldur. Azərbaycan bu şərtlər əsasında ətraf rayonları götürə bilməz, çünki bu, Dağlıq Qarabağın hüquqi baxımdan da itirilməsi demək olar. Danışıqların uzanmasının və nəticə verməməsinin əsas səbəbi də məhz budur”.
Politoloq Arzu Nağıyev hesab edir ki, Ter-Petrosyanın dedikləri ilk növbədə seçki üçün nəzərdə tutulan bir bəyanatdır: “Yəni Ermənistanın ”sülhsevər" bir dövlət olduğunu göstərməklə Qərbdən yarınmaq, həm də daxili elektoratı sakitləşdirmək ki, rayonlar qayıdarsa, müharibə ehtimalı və cəbhə bölgəsinə əsgəri xidmətə göndərmələr də azalar. Bəyanatda maraqlı məqam da odur ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını Ter-Petrosyan dilə gətirmir. Yəni həmişə olduğu kimi, Dağlıq Qarabağ kartı siyasi məqsədlərdə istifadə edilir. Bundan başqa, Ter-Petrosyan Sərkisyana qarşı bu yolla bir siyasi gediş edir və münaqişənin yaradıcısının və cavabdehinin də onun komandası olduğunu çatdırır. Məlumdur ki, əsas mübarizə aparan qüvvələr Qərb, Rusiya, Dağlıq Qarabağ millətçiləri və Ohanyanın qruplaşmalarıdır. Ter-Petrosyan da bu qruplar arasında gedən münaqişələrdən istifadə edərək bir ortaq məxrəcli taktikaya üstünlük verir və bununla da sülhməramlı bir lider olduğunu göstərməyə çalışır. Məlumdur ki, onun dedikləri ilə heç bir digər siyasi qüvvə razılaşmayacaq. Belə bəyanatlar seçkiöncəsi vədlərdir və aprelin 2-də dayandırılacaq".
Ter-Petrosyan ölkə hakimiyyətinə xilas yolu göstərdiyi bir vaxtda növbəti xəbərdarlıq bölgəyə yaxından bələd olan ekspertlərin birindən gəlib. “Aydındır ki, keçən il Qarabağın həlli üçün təhlükəli idi. Bu il isə təmas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər”.
Bunu jurnalistlərə açıqlamasında britaniyalı tanınmış araşdırmaçı Tomas De Vaal söyləyib. O, Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ görmədiyini bildirib (axar.az). De Vaal buna sübut kimi Vyanada əldə olunan razılaşmaları göstərib: “Bu müqavilənin əsas şərti təmas xəttində atəşkəsin mandatının gücləndirilməsi ilə bağlı razılaşma idi. Bu tələb həm Ermənistan, həm Azərbaycan hökumətinə qarşı irəli sürülmüşdü. Lakin bu işləmədi və müqavilə də imzalanmadı. Nəyə görə? Aydındır ki, səhvlər oldu. Mütləq ATƏT-in Minsk Qrupunun üzvlərindən biri bu razılaşmanın yerinə yetirilməsi ilə bağlı öhdəlik götürməlidir. Üstəlik, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir”.(musavat.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb