Azərbaycan İdeyası

Sarkisyan Qarabağda helikopterinin vurulacağından qorxub

Tarix:30-03-2017, 13:24
Baxış Sayı:1 059

 Sarkisyan Qarabağda helikopterinin vurulacağından qorxub

Ermənistan prezidenti Serj Sarkisyanı son günlər çox ciddi şəkildə qorumağa başlayıblar. AzVision.az “Johovurd” nəşrinə istinadən xəbər verir ki, Sarkisyan Dağlıq Qarabağa son səfəri zamanı və Ermənistanın uzaq bölgələrinə səfərləri zamanı helikopterdən istifadə edib. Prezidentin uçduğu helikopteri iki döyüş helikopterinin müşayiət etdiyi vurğulanır.
Qeyd edilb ki, Norkda saxlanılan cinayətkar dəstə Ermənistan ərazisində bir sıra cinayətlər və terror aktları törətməyi planlaşdırıb. Cinayətkarların mənzilində tapılan silah və sursatlar, həmçinin xəritələr onların təyyarə vurmaq barədə planlarının olmasından xəbər verir. Bu səbəbdən Sarkisyanın təhlükəsizlik tədbirlərini gücləndirdiyi iddia olunur.
Bundan əlavə, Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan Gürcüstandan “İqla” zenit raketi gətirdiyi üçün Dövlət Mühafizə Xidməti tərəfindən həbs olunub.
Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sarkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar “sırf standart tədbirlərdir və Samvel Babayanın həbsi ilə bağlı deyil”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO