Azərbaycan İdeyası

Moskvada Lotu Qulinin adamları saxlanıldı

Tarix:15-02-2018, 16:54
Baxış Sayı:7 348

 Moskvada Lotu Qulinin adamları saxlanıldı


Çərşənbə günü gecə saatlarında Moskvada FTX ilə cinayət axtarış əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Nadir Səlifovun (Lotu Quli) “qanuni oğru” klanının üzvləri saxlanılıb. Lotu Qulinun adamları başda Afo ləqəbli Fuad Rzayev olmaqla, azərbaycanlı biznesmenlərə üzərinə “haqq” qoyub. Onlar ödəniş etməkdən imtina edəcəkləri təqdirdə iş adamlarının ailələrinə divan tutmaqla hədələyib.
Bu barədə Moskva şəhər hüquq mühafizə orqanlarından məlumat daxil olub.
Quldurlar bu yollar hər ay sahibkarlardan iki milyon rubla yaxın pul yığıb. Bütün bunlara Lotu Qulinin tez-tez Türkiyədə Rusiyaya gələn qardaşı Namiq Səlifov başçılıq edir.
Xəbərə görə, Rzayevin evinə edilən reyd zamanı, sonuncu öz mobil telefonlarını məhv etməyə çalışıb və öz qarın nahiyəsinə bıçaq zərbələri endirib. Bıçaq xəsarətlərinin ciddi olmadığı bildirilir.
Paralel olaraq Dolqoprudnıda aparılan əməliyyatda, Rzayevin yaxın çevrəsindən olan 10 a yaxın şəxs saxlanılıb. Onların cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır. Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı biznesmenlər bir müddət əvvəl Lotu Quludan polisə şikayət edib. Şikayət əsasında hədə qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.
Quli özü hazırda İstanbulda yaşayır, qanunla bağlı problemləri olduğu üçün Rusiyaya səfər edə bilmir. Rusiya hüquq mühafizə orqanları Səlifovun yaxalanması üçün ciddi şəkildə məşğul olur.(oxu.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb