Azərbaycan İdeyası

Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada...

Tarix:21-02-2018, 15:14
Baxış Sayı:8 496


  Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada...
AFevralın 22-də Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçiriləcək. Kitabın müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.
Korrupsiya-q.az xəbər verir ki, təqdimat Sarayevo Beynəlxalq Universitetində baş tutacaq. Tədbirdə ayrı-ayrı ölkələrin Sarayevodakı diplomatik nümayəndəlikləri, elm adamları, ictimai xadimlər iştirak edəcəklər. Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Milli Məclisin deputatı, Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadədir. Nümayəndə heyətinə həmçinin, kitabın müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İctimai televiziyanın əməkdaşı Bəxtiyar Səlimov, Xocalıda hər iki valideynini itirmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova da daxildir.
1000 nüsxə tirajla çap olunan kitab boşnak dilinə tərcümə olunub. Tədbir Azərbaycanın Bosniya- Hersoqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. Kitab bundan qabaq türk, ingilis, alman, ukrayna, rus dillərinə tərcümə edilib. Daha sonra gürcü və başqa dillərə tərcümə olunacağı gözlənilir.
Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs olunur. Nəşrin son səhifələrində Xocalı soyqırımının nəinki xalqımıza, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu əks etdirən ağ-qara şəkillər yer alıb. “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub.
“Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir...
Xatırladaq ki, bu il “Xocalıya Ədalət” kampaniyasının 10 ili tamam olur. Kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
  Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA