Azərbaycan İdeyası

Kreml Bakı üçün İrəvanı əzəcək – Pol Qobldan sensasiya

Tarix:17-04-2018, 15:06
Baxış Sayı:9 379

  Kreml Bakı üçün İrəvanı əzəcək – Pol Qobldan sensasiya
ABŞ Xarici İşlər Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin keçmiş analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qoblla eksklüziv müsahibəsini təqdim edir:

- ABŞ, Fransa, Böyük Britaniyanın Suriyaya endirdiyi zərbələr Rusiyanın Yaxın Şərq siyasətinə necə təsir edəcək?

- Qərbin indiyə qədər etdiyi heç bir şey Yaxın Şərqdə Moskvanın siyasət istiqamətini dəyişməyəcək. Bu, yalnız ABŞ-ın Əsəd hökumətinin əsas təşkilatlarına hücum etməsinin qarşısını almaq üçün rus qoşunlarından istifadəni mürəkkəbləşdirəcək.

Ancaq vaxt keçdikcə Moskva İranla yaxınlığı ucbatından Səudiyyə və İsraillə problemlərlə üzləşəcək. Bu da adıçəkilən ölkələrlə münasibətləri kəskinləşdirəcək. Ancaq Putinin "evdə" və xaricdə kursu dəyişdirmək üçün heç bir səbəb görmədiyini düşünmürəm.

- Deməli, tətbiq olunan sanksiyalar, Suriyaya edilən hücumlar yaxın gələcəkdə Rusiyanın Yaxın Şərq və digər ərazilərdə olan aqressiv siyasətini dəyişməyəcək...

- Putin hələ də öz köhnə siyasətini yeridir - müqavimətlə qarşılaşana qədər irəliləyir, maneə ilə rastlaşdığı zaman dayanır, Qərbin onun istədiyini qəbul etdiyi zaman yavaşlayacaq. Bu taktika, həqiqətən də, işləyir və Putin bu siyasəti hələ uzun zaman davam etdirəcək. Sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vursa da, Rusiyanın siyasi elitasına çox da təsir etməyib və bu, mənim fikrimcə, heç mümkün də deyil.

- ABŞ və müttəfiqlərinin Suriyaya etdiyi hücum İranın gələcək siyasətini necə, dəyişəcəkmi?

- Şübhəsiz ki, indi rəsmi Tehran Tramp administrasiyasının İrana hücum edə biləcəyini düşünür. Bu, həmçinin, ayətullahların rejimi üçün bir cəza da ola bilər... Demək çətindir. Zənnimcə, İran Suriyada Rusiya ilə birlikdə işləməkdən çox xoşbəxt olacaq. Çünki bu ona öz əməllərini ört-basdır etmək üçün kömək edəcək.

Hazırda ABŞ artıq öz müttəfiqləri ilə Suriyada Rusiyaya ehtiyac duymur. İranla gələcəkdə yarana biləcək problemlərin həllində isə ABŞ Putinin təsir vasitələrindən bəhrələnmək niyyətindədir.

- İran təhdidinin qarşısının alınması üçün ABŞ-la İsrail birgə addım ata bilərmi?

- Prinsipcə hə, praktiki olaraq yox. Problem ölçü və diqqət çatışmazlığıdır. İsrail həmişə ayətullaları diqqət mərkəzində saxlayacaq. Amma amerikalılarda belə deyil. Onlar diqqəti və lazım olan cavab refleksini dərhal verir. Bu, yalnız o halda baş verə bilər ki, İsrail rəsmi Vaşinqtonu real bir təhlükə ilə üzləşdiyinə inandıra bilsin.

- Corc Buşun dönəmində Con Bolton Azərbaycanı Rusiya Federasiyasının aqresiyasından qorumaq lazım olduğunu demişdi. Hazırda Bolton yeni ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri olmaq üzrədir. Bu, ABŞ-ın Azərbaycan siyasətinə təsir göstərə bilərmi?

- Ümid edirəm ki, cənab Bolton nə dediyini xatırlayır və buna uyğun davranacaq. Azərbaycanın Qafqazda müstəqil bir dövlət kimi fəaliyyəti və rəsmi Moskvadan asılı olmaması olduqca mühümdür.

- İlham Əliyev yenidən Azərbaycan Respublikası prezidenti seçildi. Regionda Rusiyayla İranın vəziyyətinin gərginləşməsi ölkəmiz üçün də çətin vəziyyət yaradır. Azərbaycandakı sabitliyi necə dəyərləndirirsiniz?

- Rusiya hazırda öz sərhədlərində yaranacaq hər hansı bir problemdən çəkinir. Buna görə də keçmişdə etməsinə baxmayaraq, qonşuları üçün narahatlıq yaratmayacaq. Moskvanın Cənubi Qafqazdakı siyasəti dəyişməz olaraq qalır: Gürcüstanı keçid yolu, Ermənistanı alət kimi istifadə edərək Azərbaycanı qazanmaq! Hazırda mənim təxminlərimə görə, rəsmi Moskva Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərəcək və Ermənistanı uzaqlaşdıracaq. Bu, qeyri-real səslənə bilər, amma Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün bu addımı atacaq kimi görünür. Rusiya Azərbaycana bundan artıq heç nə təklif edə bilməz. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb