Azərbaycan İdeyası

Rusiyada inanılmaz addım- ORDU YERİTDİ

Tarix:10-10-2018, 14:52
Baxış Sayı:335


 Rusiyada inanılmaz addım- ORDU YERİTDİ

Rusiya Federasiyasının hərbi komandanlığı Liviyaya Baş Kəşfiyyat İdarəsi (QRU) və xüsusi bölmənin onlarla zabit və əsgərini göndərib.
Korrupsiya-q.az Publika-ya istinadla xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Sun” qəzeti mənbələrə istinadən bildirib.
məlumatına görə, Böyük Britaniya kəşfiyyatı Rusiyanın hərəkətlərinə Liviyanı “yeni Suriya”ya çevirmək cəhdi kimi baxır. Həmçinin, “The Sun” qeyd edir ki, bu, Rusiyanın Avropaya miqrasiya axını üzərində nəzarəti almaq arzusunu göstərir.
Nəşr xatırladır ki, Moskva münaqişədə Liviya milli ordusunun lideri Xəlifə Xaftarı dəstəkləyir. Bildirilir ki, “Vaqner” xüsusi hərbi təşkilatının himayəsi altında Tobruk və Benqazi şəhərlərinin ətrafında iki Rusiya hərbi bazası açılıb. Həmçinin, məlumata görə, Kreml Xaftarın ordusuna ağır hərbi texnika çatdırır.
Rusiyanın RBK agentliyinin mənbəyi də Rusiyanın Liviyadakı fəallığını təsdiq edir. Onun sözlərinə görə, neft-qaz maraqları Kreml üçün birinci plandadır.
Qeyd edək ki, son illərdə Liviyada ikihakimiyyətlilik hökm sürür. Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.
Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.
“Xaftar ötən il Aralıq dənizində neftdaşıyan limanların əksəriyyətini nəzarət altına alıb və o vaxtdan Rusiya prezidenti Vladimir Putin ona açıq maraq göstərir”, – İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid ötən il yazmışdı.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb