Azərbaycan İdeyası

Ermənilər Fransada Xocalı tədbirində BELƏ BASQIN ETDİ - ŞOK VİDEOLAR/ÖZƏL

Tarix:27-02-2019, 16:17
Baxış Sayı:214

 Ermənilər Fransada Xocalı tədbirində BELƏ BASQIN ETDİ - ŞOK VİDEOLAR/ÖZƏL



Xocalı müsibətlərinin dünyaya tanıdılmasında xaricdə yaşayan soydaşlarımızın habelə səfirlik və rəsmi qurumlarımızın rolu böyükdür. Yüz minlərlə erməni yaşayan Fransada bu nə qədər çətin olsa da, vətənpərvər azərbaycanlılar sayəsində fəryadımız dünyaya ucaldılır. Artıq bir neçə ildir ki, Fransanın paytaxtında və bir sıra digər şəhərlərində 26 fevral Xocalı soyqırımının anım tədbirləri təşkil olunur. Növbəti tədbirlərdən biri də Fransadakı səfirliyimiz və YUNESKO yanında daimi nümayəndəliyimizin Parisin mərkəzində yerləşən ən böyük kilsəsi Sen-Östaş-da birgə təşkil etdiyi konsert proqramı idi. Amma yenə də erməni barbarlığı, erməni vəhşiliyi öz sözünü dedi.
Konsertin əsas təşkilatçısı Aytən Muradova publika.az-a açıqlamasında bildirib ki, adətən belə tədbirlərdə fransız orkestrləri də iştirak edib. Bu dəfə isə vətənimizin iki istedadlı oğlu Fransada yaşayıb fəaliyyət göstərən pianoçu-cazmen Etibar Əsədi və kamançamızı dünyaya tanıdan İmamyar Həsənovun çıxışı ilə baş tutub. Kamança YUNESKO-da Azərbaycanın qeyri-maddi irsi siyahısına daxil edildiyi üçün bu alətin iştirakı vacib idi.
Aytən xanım qeyd edir ki, videodan da göründüyü kimi konsertin başlamasına bir neçə dəqiqə qalmış Fransada fəaliyyət göstərən “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları kilsəyə soxularaq anım mərasiminə dəvət edilən 300-dən çox fransız dövlət və mədəniyyət xadimlərinə də şiddət göstərib, təhqir ediblər.
27 il öncə törətdikləri yer üzünə sığmayan vəhşiliklərini bununla bir daha dünyaya hayqırıb erməni dığaları. Hadisənin Avropanın göbəyi ermənipərəst Fransada baş verməsi isə bir daha düşmən xalqın çirkin simasını, kirli əməllərinə görə peşman olmadıqlarını sübut edib. Tolerantlıqdan, dinə, dinc əhaliyə sayğıdan xəbərsiz dığalar elə öz məbədlərində, yəni xristian kilsəsində törətdikləri barbarlıq bir daha göstərdi ki, müqəddəs pak hisslər bu millətə çox yaddır.
Aytən xanım qeyd etdi ki, polis müdaxilə etsə də, gözü dönmüş erməni fəallarını kilsədən çıxartmaqda çətinlik çəkib. Fransa və türk mediası da baş verən vəhşiliyə biganə qalmayıb. İnformasiya vasitələri bu haqda məlumat yayıb.
İstənilən halda dəyərli musiçilərimizin iştirakı ilə baş tutan konsert proqramı uğurla başa çatıb. Bir qrup erməni kamança avazına, Azərbaycan harayına mane ola bilməyib.
Ümid edək, göylə yer arasında narahat dolaşan, gördükləri məşəqqətdən hələ də ruhları qanayan 613 cansız canımızın, ölüsündən-dirisindən xəbər almadığımız məsumların ahı bir gün dünyanın da yatmış vicdanını sızladacaq. Erməni murdarlığının bağıran səsi nəinki Parisin bir kilsəsinə toplaşanların, bütün dünya sakinlərinin ədaləti sayəsində bir dəfəlik susacaq. Ermənilər Fransada Xocalı tədbirində BELƏ BASQIN ETDİ - ŞOK VİDEOLAR/ÖZƏL
 Ermənilər Fransada Xocalı tədbirində BELƏ BASQIN ETDİ - ŞOK VİDEOLAR/ÖZƏL

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO