Azərbaycan İdeyası

ERMƏNİ DİCEY: “MUSİQİDƏ DÜŞMƏN YOXDUR!”

Tarix:11-03-2019, 16:10
Baxış Sayı:184


Erməni dicey: “Musiqidə düşmən yoxdur!”

Erməni dicey “Onetreeevn” İrəvanda “Boiler Room” şousu çərçivəsində səhnəyə üzərində “Musiqidə düşmən yoxdur! Bakı və İrəvan – dostdur! Dünya – bizim evimizdir!” yazılmış köynəklə çıxıb.
Korrupsiya-q.az xəbər verir ki, sözügedən məsələ qısa müddətdə sosial şəbəkələrdə populyarlıq qazanıb.
Erməni diceyin qeyri-adi addımı erməni istifadəçilərin qəzəbinə səbəb olub.
Qeyd edək ki, Stokholmdan tutmuş Şanxaya qədər dünyanın 100-dən çox şəhərində keçirilən şou – “Boiler Room” Azərbaycana ilk dəfə mart ayında çatıb. Bu, Bakının klub həyatında böyük hadisə olub.
Azərbaycanın paytaxtındakı layihənin qəhrəmanları 5 nəfər yerli musiqiçi və dicey olub: İsfar Sarabski, İrşad Hüseyn, “Cestlek”, “Mozzy” və “George effe”.
Bakıdan dərhal sonra “Boiler Room”un təşkilatçıları Ermənistana yollanıblar. İrəvandakı “Boiler Room”dan ilk canlı yayım 5 saat davam edib və internet məkanında böyük maraq doğurub.
“Boiler Room”un İrəvan turnesinin əsas hadisəsi hər kəsdən öz köynəyi ilə seçilən erməni dicey “Onetreeevn”ın çıxışı olub.
Şounun təşkilatçıları və diceyin özü baş verənləri şərh etməkdən imtina edib. Axar.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO