Azərbaycan İdeyası

Rusiya mətbuatı: Putinin əkiz oğulları olub, xəstəxananın bir mərtəbəsi tam boşaldılıb

Tarix:13-05-2019, 12:49
Baxış Sayı:178

Bədii gimnastika üzrə olimpiya, dünya, Avropa çempionu Alina Kabayevanın əkiz övladı dünyaya gəlib. Bu haqda hamıdan əvvəl “Dom2Life.ru” məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, xəbəri bir həftəyə yaxındır gizli saxlamağa çalışırlar. Kabayevanın hələ mayın 7-də ana olduğu bildirilir. Saytın yazdığına görə, gimnastçının yerləşdirdiyi klinikanın dördüncü mərtəbəsi ona görə tam boşaldılıb. Ona VİP-palatada qalmağa şərait yaradıblar. Yeməklər Moskvanın elit restoranlarından gətirilirmiş. Klinika gecə-gündüz mühafizə olunurmuş.

Doğum prosesi üçün ölkənin müxtəlif yerlərindən peşəkar həkimlər çağırılıb. Uşaqlar haqda heç bir məlumat verilmir. Onların boyu, çəkisi, adları da çox məxfi saxlanılır.

Hələ 2008-ci ildə “Moskovskiy korrespondent” qəzeti Kabayevanın Rusiya prezidenti Vladimir Putinlə evləndiyini yazmışdı. Bunun ardınca “Spiegel”, “Stern”, “Die Welt”, “Die Presse” hadisə ilə bağlı materiallar dərc etdi. Böyük səs-küy yarandı. Kabayeva yazılanları təkzib etdi. Hər şey həm də həmin Rusiya qəzetinin bağlanması ilə nəticələndi. Elə indi də Qərb mətbuatında Kabayevanın əkiz oğlan uşaqlarını Putinlə münasibətdən dünyaya gətirdiyi yazılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb