Azərbaycan İdeyası

NAZİR BÜTÜN AZƏRBAYCANLILARDAN ÜZR İSTƏDİ: PARLAMENTDƏ…

Tarix:22-05-2019, 14:25
Baxış Sayı:172


İranın İdman naziri Məsud Sultanifər azərbaycanlılardan və “Traxtur” tərəfdarlarından üzr istəyib.

Korupsiya-q.az xəbər verir ki, bu barədə Cənubi Azərbaycanın Mərənd və Culfan rayonları üzrə İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəcad informasiya yayıb.

Millət vəkili bildirib ki, nazir azərbaycanlıları və digər etnik qrupları təhqir edən futbol komandalarına qarşı tədbir görəcək.

Qeyd edək ki, bu gün İran Parlamentin Mədəniyyət Məsələləri Komissiyasında idman nazirinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda nazirin deputatların suallarına cavab verməsi üçün parlamentə çağırılması tələbinin məclisə göndərilməsi barədə qərar qəbul olunub.

Məhəmməd Həsənnəcad keçirilən iclasın təfərrüatı barədə məlumat paylaşıb.

“Keçirilən iclasla bağlı mənə çox sayda suallar ünvanlanıb. Ona görə də iclasla bağlı bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm:

1- “Traxtur” tərəfdarlarının “Azadi” stadionu, Rəşt şəhəri və s. kimi yerlərdə təhqirlərə məruz qalması ilə bağlı şikayətlər rəsmi formada təqdim olundu.

2- Dəyərli komanda azarkeşlərinin hakimlərlə bağlı İdman Nazirliyindən şikayəti, “Traxtur” komandasına qarşı təxribat və matçların nəticəsinin öncədən planlaşdırılması haqda etirazları faktlarla dilə gətirildi.

3- Komanda tərəfdarlarına yaradılan imkanlarla bağlı klublar arasında ayrıseçkiliyə yol verilməsi haqda şikayətlər də çatdırıldı.

4- Hörmətli nazir qeyd olunan bütün məsələləri qəbul edərək azərbaycanlılar və “Traxtur” tərəfdarlarından üzr istədi.

5- Komanda ilə bağlı təxribata qarşı məsələyə baxılacaq. Nazir bu barədə gələn həftəyə qədər qərar çıxarılacağına söz verib.

6- Azərbaycanlıları və digər qövmləri təhqir edən komandalar ağır cərimə ödəməli olacaq.

7- Qeyri-adi davranışlar və bu istiqamətdə qanun pozuntularını araşdıran komitə yaradıldı.

8- “Persepolis” və “İstiqlal” klublarının özəlləşdirilməsi prosesinin sürətləndirilməsinə söz verildi.

Bütün bunlara baxmayaraq nazirin millət vəkillərinin suallarını cavablandırmaq üçün parlamentə çağırılması məsələsi hələ də qüvvədədir.”- deyə o qeyd edib.

Milət vəkili verilən vədlərin konkret olaraq nə zaman və hansı formada həyata keçiriləcəyi barədə dəqiq məlumat verməyib.publika [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb